SON XƏBƏRLƏR

Rəfsəncaninin övladlarına cinayət işi açılıb

2021.10.20, 07:36
Rəfsəncaninin övladlarına cinayət işi açılıb

Gunaz.tv
GünAzTv: İran Məsləhət Şurasının sədri Haşimi Rəfsəncaninin övladları haqqında cinayət işi açılıb. “Farsnews”un verdiyi məlumata görə, İranın ədliyyə naziri Mürtəza Bəxtiyari bildirib ki, Haşimi Rəfsəncaninin övladları Mehdi və Faizə Haşimi Rəfsəncanilər 2009-cu ilin iyun ayından etibarən ölkədə dəfələrlə qarışıqlıq salıb, qeyri-qanuni küçə yürüşlərində iştirak edərək insanları qarşıdurmaya səsləyiblər. Nazir hər iki şəxs haqqında indiyə qədər bəzi araşdırmalar aparıldığını bildirib. Hazırda onlar haqqında rəsmi olaraq cinayət işi başlanıb və sabiq prezidentin övladları törətdiyi əməllərə görə məhkəmə qarşısında cavab verməli olacaqlar (APA).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar