SON XƏBƏRLƏR

Həmədanda Türk-Fars dillərində nəşr edilən Həftəliyin Şəhadətnaməsi (Mücəvviz) ləğv edilib

2021.10.20, 07:36
Həmədanda Türk-Fars dillərində nəşr edilən Həftəliyin Şəhadətnaməsi (Mücəvviz) ləğv edilib

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanın Həmədan Vilayətində Türk-Fars dillərində nəşr edilən, “Sina” adlı həftəlik Dərgisinin Şəhadətnaməsi (mücəzziv) ləğv edilib. Şəhadətnamənin ləğvi 2010-cu il mart ayının 1-də (İsfəndin 10) İranın Mətbuata Nəzarət Heyətinin göstərişi ilə olub. Adını çəkdiyimiz həftəlik Həmədan vilayətində 9 illik fəaliyyət müddətində xeyli sayıda tərəfdar qazanıb. Həftəliyin əsas məzmunu Azərbaycanın mədəni, siyasi və ictimai məsələlərindən ibarət olub. Mətbuata Nəzarət Heyəti, Mətbuat qanununun 6-ci maddəsinin 4-cu bəndinə istinad edərək həftəliyi Etnik qarşıdurmanı qızışdırmaqda ittiham edib. Xatırladaq ki. “Sina” Həftəlik Dərgisinin müdir-məsulu cənab Yədullah Şərifidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar