SON XƏBƏRLƏR

Urmu Gölü səthinin 250000 hektarı Şorana çevrilib

2021.10.20, 07:36
Urmu Gölü səthinin 250000 hektarı Şorana çevrilib

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanın dünya şöhrətli Urmu Gölü və onun ətraf bölgələri ekoloji faciə ilə qarşı-qarşıyadır. Artıq Urmu Gölü səthinin 250000 hektarı Şorana çevrilib. GünAzTv mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Qərbi Azərbaycanın ekoloji xidmətləri üzrə idarəsiinin rəisi bir neçə səbəbi sadalayaraq Göl Səthinin 250000 hektarının Şorana çevrildiğini bildirib. O əlavə edib ki, Urmu Gölü Parkının səthi hazırda 570000 hektarla 2.5 metr adi ekoloji səthindən aşağıdır. Cənab Abbasnəjad Göl suyunun duzunun miqdarınada toxunub. O bildirib ki, adi vəziyyətdə hər litr suda 180-220 qram duz olmalıdır. Ancaq bu miqdar indiki yaşanan kriz dönəmində 340 qrama qədər çatır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar