SON XƏBƏRLƏR

Amerika İş Adamları «erməni soyqırımı»na etiraz edir

2021.10.20, 07:36
Amerika İş Adamları «erməni soyqırımı»na etiraz edir

Gunaz.tv
GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) İş Adamları Nümayəndələr Palatasını qondarma «erməni soyqırımı» haqda qanun layihəsini qəbul etməməyə çağırıb. ABŞ-ın aviasiya və müdafiə sənayesinin rəsmilərinin məktubunda deyilir ki, layihənin qəbulu «ABŞ-Türkiyə münasibətlərini korlaya» və Amerikada iş yerlərini risk altında qoya bilər. GünAzTv mətbuat mərkəzinin Azadlıqradiosu-na istinadən yaydığı məlumata görə, «Lockheed Martin», «Boeing» və «Raytheon» korporasiyalarının rəsmilərinin də imzaladığı məktubda bildirilir ki, ABŞ-ın 2009-cu ildə Türkiyəyə ixrac etdiyi müdafiə və aviasiya sənaye məhsullarının həcmi artıb, 7 milyardı ötüb. Bu arada Türkiyə hökuməti də bildirib ki, qondarma soyqırımı haqda sənədin qəbulu ABŞ-la münasibətlərə ciddi zərbə vurar. Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qanun layihəsinə martın 4-də baxacaq və layihə qəbul olunsa, palatanın müzakirəsinə göndərəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar