SON XƏBƏRLƏR

Abdullah Səduqi Aclıq Aksiyası nəticəsində Komaya düşüb

2021.10.20, 07:36
Abdullah Səduqi Aclıq Aksiyası nəticəsində Komaya düşüb

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanın milli-mədəni fəallarından biri cənab Abdullah Səduqi (Güntay) Aclıq Aksiyası nəticəsində Komaya düşüb. Təbrizin Mərkəzi Zindanında mart ayının 2-də(İsfəndin 11-ı), Fevral ayının 17-dən (Bəhmənin 28-ı) Aclıq Aksiyasına başlayan Səduqi cismi zəiflik nədəni ilə Komaya düşüb. Qeyd edək ki, Zindan məmurları onu xərəksiz (blankard) və Təciliyardım Maşını (Ambulans) olmadan, yerdə sürüyə sürüyə Zindanın Klinikasına daşıyıblar. Onun səhhəti haqqında hələki başqa məlumat yoxdur. Xatırladaq ki, Güntay Bəy Tıraxtur Futbol Komandasının icazəli afişalarını türk dilində nəşr etdiyi üçün ETTELAAT (İranın Kəşfiyyat Nazirliyi) tərəfindən həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar