SON XƏBƏRLƏR

“Yoldaş” öyrənci dərgisinin , özəl nömrəsi nəşr edilib

2021.10.20, 07:36
“Yoldaş” öyrənci dərgisinin , özəl nömrəsi nəşr edilib

Gunaz.tv
GünAzTv: Zəncan Universitetində Öyrənci dərgisi “Yoldaş”-ın, “Beynəlxalq Ana Dili Günü” başlığı ilə özəl nömrəsi nəşr edilib. GünAzTv mətbuat mərkəzinin BTN-ə istinadən yaydığı məlumata görə, adını çəkdiyimiz dərginin nəşr edilmiş 15-ci nömrəsində “Beynəlxalq Ana Dili Günü” 8-ci səfhədə dərc edilib. Həmçinin cənab Təqi Rəhmani və Əlirza Sərrafidən eksklüziv müsahibələr dərc olunub. Özəl sayı qeyr fars millətlərin öz Ana dilində təhsilinin zərurətini vurqulayaraq, İranda bu problemin arxasında dayanan səbəblərdən bəhs edib. Həmçinin İranda yaşayan millətlərin mədəniyyət, dil və ədəbiyyat sahələrində qeyr bərabər imkanlarını xatırladan özəl sayı, Milli hüquqların bərpasını Azərbaycanın ən önəmli məsələsi olduğunu vurqulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar