SON XƏBƏRLƏR

Müxalifətə dəstək vermiş Azərbaycanlı müəllimlər cəzalandırılıb

2021.10.20, 07:36
Müxalifətə dəstək vermiş Azərbaycanlı müəllimlər cəzalandırılıb

Gunaz.tv
GünAzTv: 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin əsas müxalif namizədi Mirhüseyn Musəviyə dəstək vermiş Təbriz Universitetinin müəllimləri cəzalandırılıb. seçki zamanı başqa müəllimlərlə birgə bəyanat yayaraq Mirhüseyn Musəviyə dəstək verdiklərini bildirən doktorlar Kərim Hüseynzadə Dəlir, Firuz Camali və Məhəmmədrza Purməhəmmədi işdən azad edilərək məcburi təqaüdə çıxarılıb. GünAzTv mətbuat mərkəzinin “mediaforum”-a istinadən yaydığı məlumata görə, Azərbaycanlı müəllimlərin İran prezidenti Mahmud Əhmədinejd və Ali Təhsil Nazirliyinin birbaşa göstərişi ilə işdən çıxarıldığı vurğulanır. Təbriz Universitetinin tələbələri universitet rəhbərliyinə xəbərdarlıq edərək işdən çıxarılan müəllimlərin universitetə qaytarılmayacağı təqdirdə oturaq aksiya keçirəcəklərini bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar