SON XƏBƏRLƏR

İranda Azerbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) Aylıq Hesabatı - Dekabr 2009

2021.10.20, 07:36
İranda Azerbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) Aylıq Hesabatı - Dekabr 2009

Gunaz.tv
GünAzTv: İranda Azərbaycanlılar əleyhinə həyata keçirilən insan haqqları pozuntuları 2009-cu ilin Dekabr ayında da davam etdi; Çəngiz Bəxtavərin şübhəli ölümü bir kəz daha İrandakı Azərbaycanlılara tanınmış bir Azərbaycan fəalını itirməyin acısını yaşatdı, 21 Azər (12 Dekabr) və Azərbaycan Milli Hökümətinin 64. quruluş ildönümü ilə ilgili keçirilən mərasimlər nədəni ilə Noyabr ve Dekabr aylarında gözaltına alınan Azərbaycan fəallarının sayısı artdı, Azərbaycan fəallarına ağır məhkəmə hökümlərinin verilməsi və kültürəl basqılar Dekabr ayında da həyata keçirildi. Çəngiz Bəxtavərin şübhəli ölümü İrandakı Azərbaycanlıların tanınmış siyasi aktivistlərindən Çəngiz Bəxtavər, Bazar günü Dekabrın 27-də Təbrizin elektrik stansiyasındakı işyerində ölü tapıldı. Rəsmi doktorun bəyanına görə Bəxtavər ürək çatışmazlığından vəfat edib, ancaq üzərində tibbi ekspertizayanın sonucları hələ bəlli deyil. Bəxtavər ailəsi rəsmi doktorların təhlükəsizlik orqanlarına bağlı olduqları üçün onların bəyanlarına inanmadıqlarını bildiriblər. Təhlükəsizlik orqanları dəfn mərasimin daha tez keçirilməsi üçün Çəngiz Bəxtavərin ailəsini təhdid ediblər. 52 yaşındakı Bəxtavər, mədəni və siyasi fəaliyətləri səbəbiylə İran təhlükəsizlik gücləri tərəfindən dəfələrlə nəzarətə alınmış və çeşidli cəzalara məhkum edilmişdi. Gözaltına alınan fəallar Milli fəal Çəngiz Bəxtavərin şübhəli ölümündən iki gün sonra Təbrizin Maralan məzarlığında keçirilən cənazə mərasimində iştirak edənlər təhlükəsizlik güclərin hücumuna məruz qalıblar. Məmurlar iştirakçıları göz yaşardıcı gazla dağıtmağa çalışaraq, bəzi iştirakçıları döyüb və 22 nəfəri gözaltına alıblar. İbrahim Fərəczadə, Hadi Murtəza Sılab, Riza Təhmtən, Huşəng Rizayi, Fərzin Əsğəri, Əli İmani, Məhəmməd riza Yusifi, İbrahim Asmani, Məcid Cavadpur, Mehdi Cavadpur və Nəsib Cavadpur həbs olan fəallardandırlar. Gözaltına alınanlardan üç qardaş yəni Məcid, Mehdi və Nəsib Cavadpur tutulduqdan sonra sərbəst buraxılsalar da digər fəallar hələ nəzarətdə saxlanılırlar. Məmurlar həmçinin Azərbaycan aktivistlərindən olan Abbas Lisani, Hadi Həmidi Şəfiq, Məhəmməd Tacdehi və Hüseyn Nəsiri-nin gözlərinə bibər gazı səpərək onları döyüblər. Azərbaycan tanınmış activisti Abbas Lisani və bəzi başqa aktivistlərin cənazə mərasimindən önce təhlükəsizlik gücləri tərəfindən mərasimə qatılmamaq üçün tədid edildikləri bildirilib. Təhlükəsizlik gücləri eyni gündə, milli fəallın Təbrizin Rüşdiyyə şəhərciyi məscidində keçirilən yas törəninə qatılanlardan film çəkib, Yəqub Vücudi adında Azərbaycan fəalını gözaltına alıblar. Səid Çələbyanı, Riza Gurdanı, Cəmal Təsuciyan və Bəhram Bəhimi Dekabrın 10-da bu aktivistlərin birinin evində keçirilən 21 Azər (Azərbaycan Milli Hökümətinin 64. quruluş ildönümü) mərasimi əsnasında göz altına alınıblar. Tutulanlardan Riza Gurdanı, Cəmal Təsuciyan və Bəhram Bəhimi Dekabrın 22-də 220 Milyon Riyal ($22000) vəsiqə qarşılığında sərbəst buraxılsalar. Ancaq Səid Çələbyanı hələ həbsdə tutulmaqdadır. Evə hücum edən məmurlar iştirakçıların gözlərinə bibər gazı səpib və yüz nəfərdən artığın əl telfonları və kimlik kartlarına əl qoyublar. Aydın Şəfii, Yəqub Təqəvi və Azərbaycanın tanınmış sənətçisi Həsən dəmirçi eyni mərasimə qatıldıqları üçün neçə gün sonra Təbriz Təhlükəsizlik ofisinə çağrılıb, sorğu-suala çəkiliblər. Söz gedən mərasim Varlıq adında uşaqlar qrubu şer oxuyublar və Azərbaycan musiqisi səslənib. Yenə də 21 Azər ilə bağlı keçiriləcək olan mərasimə qatılmaq hədəfi ilə Təbrizin Bənəfşə Salonunda hazir olan Mustafa Əvəzpur, Hidayət Zakir, Əhməd Valayi, Cəlal Məhəmmədi, Məhəmməd Riza Məhəmmədxani, İbrahim Asmani və İsa Qurbaəlizadə 2009 Dekabrın 11-də nəzarətə alınıb kəfalət ilə sərbəst buraxılıblar. Bunlar sərbəst buraxıldıqdan dəvələrcə sorğu-suala çağrılıblar. Dekabrın 12-də (21 Azər günü) Təbriz və Azərbaycanın başqa böyük şəhərləridə muxtəlif mərkəzlərin polis kontrolunda olduğu və şəhərin çox nöqtəsində polis ekiplərinin yerləşdirildiyi bildirilib. 12 Dekabr, Azərbaycan Milli Hökümətinin (Dek, 1945 – Dek, 1946) quruluş və Türk dilinin İran Azərbaycanənda rəsmi dil oluşunun il dönümüdür. İran höküməti bu münasibətlər ilə bağlı şənlik mərasimləri keçirməyə çalışan Azərbaycanlıları həbs, işkəncə və başqa basqılara məruz qoyaraq mərasimlərin keçriliməsini əngəlləyir. Iranda Azərbaycan Türkləri tərəfindən tutulan Təbrizin Tıraxtur (Tractor) Futbol klubunun azarkeşlerinden neçəsi Cümə günü Dekabrın 4-də gözaltına alınıb və iki gün sonra sərbəst buraxılıblar. Yunus Novruzi, Vəhid Mnəafi və neçə başqa azarkeş, Tıraxtur klubu və Qum şəhərinin Səba klubu arasında olan maçın əsnasında “Azərbaycanın Barselonası Tıraxtur” yazılı pankat daşıdıqları və “yaşasın Azərbaycan” kimi slogan atmaları nədəni ilə tutulduqları bildirilib. Nəzarətə alınan Azərbaycan klubunun azarkeşləri Təbrizdəki İran Təhlükəsizlik mərkəzində məmarlar tərəfində ağır şəkildə döyülüblər. Digər Azərbaycanlı azarkeş, öyrənci Hamid Xətarə isə 2009 Dekabrın 23-də Tıraxtur və Tehranın Rahahən kulubları arasında olan maça getdiyi zaman gözaltına alınıb. Xətarə Stadyuma girdiyi zaman məmurlar tərəfindən axtarılıb və İranda Azərbaycan Türklərinin hüquqları haqqında kitabça daşıdığı üçün həbs edilmişdir. Məmurlar Türkcə pankatların stadyuma aparılmasını əngəlləmək üçün Tıraxtur azarkeşlərini diqqətlə axtarırlar. Maç bitdikdən sonra azarkeşlər Azərbaycan Türklərinin milli istəkləri ilə bağlı “Türk dilində mədrəsə - Olamalıdır hərkəsə”, “Azərbaycan var olsun – İstəməyən xar olsun” və “Yaşasın Azərbaycan” kimi sloganlar ataraq cəmiyət şəklində eşiyə çıxırlar. Təbriz və Tehran şəhərlərində İran əmniyət gücləri slogan atan cəmiyəti dağıtmaq üçün göz yaşardıcı gazla onlara hücum edib, bəzilərini ağır şəkildə döyüb və bəzilərini nəzarətə alıblar. Tutulanlar kimlikləri ilə bağlı məlumat yoxdur. İran rəsmi agentliklərinin verdiyi xəbərlərə görə Azərbaycan (quzey) vətəndaşı olan bir musiqi sənətçisi həbsə alınıb. Sözə gedən şəxsin Ərdəbil ustanında sınır yaxınlığında olan Azərbaycan şəhərlərinin birində musiqi qrubu təşkil etməyə çalışdığı bildirilib. İran agentlikləri quzey Azərbaycanlı vətəndaşın adını yaymayıblar. Azərbaycan Cumhuriyətinin İrandakı səfirlik və konsulluqları məsələ ilə bağlı bilgisiz olduqları deyirlər. İran Höküməti İranın quzey doğu bölgələrində yaşayan Azərbaycan dili və kültürünü yabançı kültür kimi dəyərləndirib və kültürəl fəaliyyətləri əngəlləməyə çalışır. Azərbaycan aktivistləri İran polisi tərəfindən döyülüblər İran höküməti İarnın dini liderləri ilə fərqli düşüncələri olan din adamlarını ağrlama mərasimləri keçirməyə izin vermir. Ömrünün son günlərində İranda Türk dilini qorumağın önemi ilə bağlı fətva verən Ayətüllah Muntəzirinin ağırlama törəninə hücum edən İran Əmniyət gücləri neçə Azərbaycan aktivisti o cümlədən Zəncanlı siyası aktivist Rəuf Tahiri-ni də ağır şəkildə döyüblər. Olaylar 2009 Dekabrın 24-də Seyid məscidində baş verib. Mərasim əsnasında nəzarətə alınan iki Azərbaycanlı neçə saatdan sonra sərbəst buraxılıblar. İran Höküməti 1979 İslam İnqilabından sonrakı illərdə isə Azərbaycanlı mərcə təqlid Ayətullah Şəriətmədarını evində həbs edib və çeşidlı basqılara məruz qoyub onun tərəfdarlarını həbs və edam etmişdir. İarn höküməti Azərbaycanda Ayətullah Şəriətmədarini ağırlama törəni keçirməyi yasaq edibdir. Ayətullah Şəriətmədari İran inqilabından Azərbaycana muxtariyət istəyib və Ayətullah Xumeyni-nin siyasətlərini qarşı çıxmışdır. Azərbaycan öyrənci aktivisti və Təbriz üniversitəsinin öyrəncisi Ehsan Nəcəfi Nəsəb həbs hökmünün bir bölümünü Təbriz zindanında keçirdikdən sonra şərti əfv nəticəsində dekabrın 22-də azadlığa buraxılıb. Ehsan Nəcəfi Nəsəb 2008-ci ilin yayında 7 milli fəalla birlikdə həbsə alınmış, 3 ay təkadamlıq kamerada saxlanıldıqdan sonra vəsiqə qarşılığında keçici olaraq sərbəst buraxılmışdı. Ehsan Nəcəfi Nəsəbin ittihamı İran milli güvənliyinin əleyhinə çalışan qrupda üzv olmaq və Azərbaycan Öyrənci Hərəkatı (AZOH) adında internet səhifəsini yaymaqda iştirak etmək olmuşdur. Azərbaycan aktivisti Əli Hüseynnijad Əsl, Urmiyə və Maki şəhərləri Təhlükəsizlik həbsxanalarında üç ay həbs çəkdikdən sonra 2009 Dekabrin 24-də 2Milyard Riyal (220 Min dollar) vəsiqə qarşılığında keçici olaraq sərbəst buraxılıb. Əli Hüseynnijad Əsl 2009 Sentyabrın 26-da məzuniyyət günlərində zindandan eşikdə olduğu zaman Azərbaycanın Makı şəhərində gözaltına alındı. Əli Hüseynnijad Əsl 2007 May ayında tutulub və Azərbaycanlıları “İran” qəzetində nəşr edilən və Azərbaycan Türklərini aşağılayan karikatür əleyhinə keçirilən mitingə dəvət etdiyi üçün “rejim əleyhinə təbliğat” ittihamı ilə günahlandırılmışdı. Ona 8 ay həbs cəzası verilmişdi. Əli Hüseynnijad Türkiyə casusluğu ilə günahlandırılır. Türkiyəyə casusluq ittihamı İranda Azərbaycan aktivistlərinə sürəklə verilən ittihamdır. Ərdəbil zindanında məhbus olan aktivistlərin durumu ağırdır Vədud Səadəti, Rəhim Qulami, Behruz Əlizadə və Əli Abbası adında Azərbaycan aktivistləri Ərdəbil zindanında ağır şərtlər və basqılar altında saxlanılmaqdadırlar. Ərdəbil zindanı sədrinin daxili müdürə verdiyi təlimata görə ağır xəstəlikləri olan və təhlükəli məhbuslar bu aktivistlər və digər siyasi məhbusların saxlandığı 7-ci bölməyə göndərilirlər. Ayrıca zindan məmurları bu aktivistlərə söyüş və ihanət etməklə vəzifələndikləri bildirilib. Vədud Səadəti bu duruma etiraz etdiyi üçün Dekabrın 10-da tək adamlıq kameraya göndərilib və iki gün orada saxlanılıbdır. Həbs hökmləri İranın keçmiş prezidenti Xatəmi-nin söylədiyi və Azərbaycan Türklərini aşağılayan lətifə, video şəklində yayıldıqdan sonra Xətəmi əleyhinə kütləvi etirazlar əsnasında tutulan Azərbaycanlı aktivistlərə, həbs hökmü verilib. 2009 Mayın 25-də Xatəmi tərəfindən dəstəklənən prezident adayı Mir Hüseyn Musevi-nin danışıq mərasimində Xatəmi əleyhinə slogan atdıqları zaman ağır şəkildə döyülərək gözaltına alınan və daha sonra vəsiqə qarşılığında sərbəst buraxılan, Əbdulla Səduqi, Fərid Baqirzadə, Arman Şakiran Vəhidi, Barat Dadgər, Babək Meynağı (Film rejissoru) və Əsgər Qədimi-yə(öyrənci) 91 gün həbs və 30 qamçı cəzası verilib. Cəza iki ilə qədər təliqdə saxlanılacaqdır. Təbriz Məhkəməsi 111. Şöbəsinin qazisi Məhəmmədinin verdiyi hökümünə görə həbs və qamçıya məhkum olan Azərbaycanlılar, Azərbaycan Türklərinin dil hüquqları ilə bağlı və Xatəmiyə etiraz olaraq atdıqları sloganlarla ictimai qayda-qanunu pozublar. Sözü gedən aktivistlər gözaltında keçirdikləri günlər içərisində işkəncəyə məruz qalıb və vəkillə təmin olmayıblar. Azərbaycan Türkcəsində kitablarıb satışı və sərgilənməsinə izin verilməyir: İran Təhlükəsizliyi Pınar nəşriyatının qurduğu kitab sərgisində Türkcə kitabların satışına izin verməyib. Təhlükəsilik məmurları Pınar nəşriyatının fəaliyət iznini ləğv etməklə təhdid edərək, nəşriyat müdürünü Türkcə kitabları sərgidən qaldırmağa məcbur ediblər. Təhlükəsizlik həmçinin nəşriyat müdürü Şərifə Cəfəri-yə telfon edərək Türk dilində olan kitabların Tehran şəhrinin güneyində satılmasının problem yaradacağı ilı bağlı xəbərdarlıq verib. Neçə ay öncə də Urmiya şəhərində qurulan və İranda fəaliyət edən bütün nəşrlərin qatıldığı kitab sərgisinə Azərbaycan yayın evlərinin qatılmalarına izin verilməmişdi. İran höküməti həmçinin Türk dilində kitablara yayın izni verməyi mıhdud edərək yazıçıları kitabın bəzi bölümlərini və bəzən də kitabın adını dəyişdirməyə məcbur edir. Sərgilənmə və satışları əngəllənən kitablar bütün bu məhdudiyətlərdən sonra yayılmaq üçün izin alan kitablardır!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar