SON XƏBƏRLƏR

Milli Sərdar Səttarxanin Ağırlama Törəninin ləğv edilməsi, Zəncan Universitetində etiraz aksiyasına səbəb olub

2021.10.20, 07:36
Milli Sərdar Səttarxanin Ağırlama Törəninin ləğv edilməsi, Zəncan Universitetində etiraz aksiyasına səbəb olub

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanda Milli Sərdar Səttarxanın ağırlama törəninin ləğv edilməsi Zəncan Univertsitetində öyrəncilərin etirazına səbəb olub. Belə ki, bu mərasim “El Harayı” adı altında Milli Sərdarin şəhid olduğu gün həyata keçirilməli idi. Ancaq Zəncan Valiliyinin müdaxiləsi ilə ləğv olunmuşdu. Bununla belə mərasimin yaxın gələcəkdə keçirilməsinə söz verilmişdi. GünAzTv mətbuat mərkəzinin BTN-ə istinadən yaydığı məlumata görə, sözü gedən mərasim Zəncan Universitetində ikinci dəfə olaraq 2010-cu il fevarl ayının 28-də (isfəndin 9-u) saat 15-dən 19.30-a qədər Azərbaycan musiqisi, şəkil sərgisi, Aşiq nəğmələri, şeir və ... qeyd olunması ilə keçirilməli idi. Ancaq məsullar buna maneçilik yaradıblar. Sonda öyrəncilər mərasimin keçirilməsi üçün nəzərdə tutulan Zalın (Salon) önündə toplaşıb, “Yaşasın Azərbaycan” və “Azərbaycan var olsun- istəməyən kor olsun” kimi şüarlar səsləndiriblər. Bununlada məsulların maneçiliyini qınayıblar. Həmçinin iştirakşılar birlikdə öz etirazlarını əks etdirən kağaza (tumar) imza atıblar. Mənbə əlavə edir ki, sözü gedən mərasimə qoyulan qadağa Zəncan Valiliyi tərəfindən tətbiq edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar