SON XƏBƏRLƏR

Tıraxtur tərəfdarları Urmu Gölünün Quruması ilə bağlı Kompaniya başladıb

2021.10.20, 07:36
Tıraxtur tərəfdarları Urmu Gölünün Quruması ilə bağlı Kompaniya başladıb

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanın Milli Komandası kimi tanınan Tıraxtur Komandasının 100000-lə tərəfdarı Urmu Gölünün Quruması ilə bağlı kompaniya başladıb. Kompaniyaya Azərbaycanın Təbriz, Urmu, Ərdəbil, Salmas, Qoşaçay və… kimi şəhərlərindən 100000-lə Tıraxtur tərəfdarlarının qoşulacağı gözlənilir. iştirakçılar 2010-cu il aprel ayının 2-də (Sizdəh bedər - Fərvərdinin 13-u) Urmu Gölünün ətrafında toplaşıb və Gölün çəvrəsində insan zənciri yaradacaqlar. Onlar Bununlada İran dövlətinin və dünya ictimaiyyətinin diqqətini Gölün qurumasına cəlb etmək istəyirlər. Qeyd edək ki, Urmu Gölündə suyun səviyyəsi sürətlə düşməkdədir. Bunun müxtəlif səbəbləri var. İran dövləti isə bu ekoloji problemı önləmək üçün heç bir jiddi tədbir görmür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar