SON XƏBƏRLƏR

Tehran Prokuroru Çərşənbə Suriyə görə xəbərdarlıq etdi

2021.10.20, 07:36
Tehran Prokuroru Çərşənbə Suriyə görə xəbərdarlıq etdi

Gunaz.tv
GünAzTv: Tehran Prokuroru cənab Abbas Cəfəri Dövlətabadi ilin son Çərşənbəsi (Çərşənbə Suri) barədə ümumi xəbərdarlıq edib. O bəyan edib ki, artıq seçki dosyası qapadılıb. Biz Çərşənbə Suri günündən suistifadə edib aranı qarışdırmaq istəyənləri bir daha uyarırıq. GünAzTv mətbuat mərkəzinin Xarici Kütləvi İnformasiya Vasitələrinə istinadən yaydığı məlumata görə, O İran Təhlükəsizlik Qüvvələri və Polis əməkdaşlarından 22 Bəhmən (11 fevral) günündə yaratdıqları nizam-intizama görə təşəkkür edib və Çərşənbə Suri günündə eyn nizam-intizamın yaranılacağına ümid etdiyini bildirib. Xatırladaq ki, İranda 22 Bəhmən günü bütün Polis əməkdaşları, Milli Təhlükəsizlik Qüvvələri, Könüllülər dəstəsi və xüsusi qüvvələr gücləndirilmiş iş rejimində işləyirdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar