SON XƏBƏRLƏR

İran polisi Azərbaycanlı Güləşçini təşviq edən iki tamaşaçını həbs edib

2021.10.20, 07:36
İran polisi Azərbaycanlı Güləşçini təşviq edən iki tamaşaçını həbs edib

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran, Türkiyə, Azərbaycan Respublikası, Ermənistan, Qazaxıstan və İraq arasında keçirilən iki günlük Güləş yarışında İran polisi tamaşaçılara hücum edib. Keçən Cümə günü İranın Qum şəhərinin Heydəryan Stadiyomunda (stadion) keçirilən yarış zamanı, Azərbaycan Respublikasını təmsil edən idmançı Güney Azərbaycanlılar tərəfindən yüksək səviyyədə təşviq edilib. bu mənzərəni görən İran Polis Əməkdaşları, azarkeşlərə hücum edib onların bir neçəsini döyüb və digərlərini susdurmağa çalışıblar. əldə edilən məlumata görə, Ruhüllah Heydəri və Rəhim Hüseynzadə adlı soydaşlarımız polis tərəfindən tutuqlanıb və naməlum istiqamətə aparılıb. Xatırladaq ki, sözü gedən müsabiqədə Azərbaycan Respublikası bir Qızıl medal və 22 imtiyazla 4-cü məqamı əldə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar