SON XƏBƏRLƏR

İranda daha bir jurnal qapadıldı

2021.10.20, 07:36
İranda daha bir jurnal qapadıldı

Gunaz.tv
GünAzTv: İran İslam Respublikasında mətbuat fəaliyyəti get-gedə məhdudlaşdırılır. GünAzTv mətbuat mərkəzinin FARS xəbər agentliyinə istinadən yaydığı məlumata görə, İranda "İrandoxt" (İran qızı) aylıq jurnalının nəşrinə qadağa qoyub. Qadağa İranın İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası tərəfindən həyata keçib. Qeyd edək ki, "İrandoxt" aylıq jurnalının baş redaktoru İranın müxalifət liderlərindən olan, prezidentliyə keçmiş namizəd Mehdi Kərrubinin oğlu Məhəmməd Hüseyn Kərrubidir. Hələlik Jurnalın qapadılma səbəbi haqqında heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar