SON XƏBƏRLƏR

Müsavat Partiyası Başqanı İsa Qəmbər: Azərbaycanın bütövləşəcəyinə heç bir şübhə yoxdur

2021.10.20, 07:36
Müsavat Partiyası Başqanı İsa Qəmbər: Azərbaycanın bütövləşəcəyinə heç bir şübhə yoxdur

Gunaz.tv
GünAzTv: Fevralın 28-də Bütöv Azərbaycan Gənclər Təşkilatı (BAGT) “Bütöv Azərbaycan ili” çərçivəsində “Bütöv Azərbaycan siyasi gündəmdə” mövzusunda Müsavat partiyasının başqanı İsa Qəmbərlə görüş keçirib. Tədbirdə öncə dövlət himni səsləndirilib. Sonra tədbiri açıq elan edən Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri Ruslan İzzətli sözü İsa Qəmbərə verib. Bütöv Azərbaycan ideologiyasının tarixi, hazırkı durumu, perespektivləri barədə gənclərlə fikrini bölüşən İsa Qəmbər milli birliyin gənclər arasında sürətlə yayılmasının vacib olduğunu bildirib. İ.Qəmbər Bütöv Azərbaycan ideologiyasının aktual və zəruri olduğunu deyib: “Gələcəkdə Azərbaycanın bütövləşəcəyinə heç bir şübhə yoxdur. Bunu sadəcə ictimai-siyasi proseslər müəyyənləşdirəcək”. Güney Azərbaycanla da sıx əlaqələrinin olduğunu bildirən partiya başqanı Bütöv Azərbaycan uğrunda birləşən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar