SON XƏBƏRLƏR

Nasir Şəfəq Tıraxtur Klubunun satışı ilə bağlı yayılan Şayiələri təkzib edib

2021.10.20, 07:36
Nasir Şəfəq Tıraxtur Klubunun satışı ilə bağlı yayılan Şayiələri təkzib edib

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Təbrizin Tıraxtur Klubunun Müdiramili, Tıraxtur Klubunun 1.5 milyon dollar (1.5 milyard tümən) borca görə satışı haqqında yayılan şayiələri qətiyyətlə təkzib edib. Cənab Nasir Şəfəq İSNA müxbirinə bildirib ki, bu xəbəri şiddətlə təkzib edirik. Bu şayiə doğru deyil, bu haqda heç vaxt söhbət belə olmayıb. Tıraxtur elə bir Komandadır ki hazırda ölkə liqasında fəaliyyətini dəvam etdirir, ancaq təssüf olsun ki bir sıra insanlar var ki bu milli komandanın fəaliyyətini istəmir. Cənab Şəfəq vurqulayıb ki, biz 1.5 milyon dollar kredit almışıq, onuda tam vaxtında ödəyəcəyik. Onun vaxtında ödənilməyəcəyi iddiası sadəcə zarafata oxşayır. Tıraxtur Klubu Azərbaycan xalqına aiddir və bu yurdun milli sərmayəsi hesab edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar