SON XƏBƏRLƏR

Moskva Tehranı hərraca çıxarıb

2021.10.20, 07:36
Moskva Tehranı hərraca çıxarıb

Gunaz.tv
GünAzTv: Rusiya prezidenti Dmitri Medvedev Iranı beynəlxalq ictimaiyyətin nüvə proqramına son qoyulması ilə bağlı tələblərinə məsuliyyətlə yanaşmağa çağırıb. Bu mövqeyi ekspertlər birmənalı qiymətləndirmirlər. Çünki artıq ikinci dəfədir ki, Rusiya prezidenti çox sərt şəkildə rəsmi Tehranı tənqid atəşinə tutur. Halbuki bir müddət əvvəl Rusiya ilə Iran arasında olan münasibətlər tamamilə başqa fikir formalaşdırırdı. Rusiya prezidenti eyni zamanda Iranın öz nüvə fəaliyyətlərini şəffaf şəkildə həyata keçirməli olduğunu deyib. Politoloq Vəfa Quluzadənin fikrincə, Rusiyanın yenidən Iranı hədəfə alması təsadüfi deyil. Çünki ABŞ Iran ətrafında həlqəni daraltdıqca, Rusiyanı da bu koalisiyaya cəlb etmək üçün rəsmi Moskvaya təzyiqləri artırır: “Iran Rusiyanın Qərblə əlbir olmasının əleyhinə olsa da, yaranmış situasiyada heç bir addım ata bilmir. Çünki Rusiya artıq Irana qarşı çıxmağa məcburdur. Halbuki əvvələr Rusiya Irana qarşı yalnız yumşaq sanksiyaların tətbiq olunmasının mümkünlüyündən danışırdı. Medvedevin Iranı məsuliyyətli olmağa dəvət etməsi isə Iranın son sərt bəyanatıyla bağlıdır. Xatırladım ki, Iran rəsmiləri bir müddət əvvəl bəyan etmişdilər ki, onlara qarşı birləşən dövlətləri məyus edəcəklər. Görünür Medvedev bu bəyanatı cavab olaraq səsləndirib”. Son zamanlar ABŞ-ın Rusiyaya təzyiqinin artdığının hiss olunduğunu deyən V.Quluzadə bildirdi ki, bu üzdən də Rusiyanın Iranı alış-veriş vasitəsinə çevirməsi təsadüfi deyil. Rusiyanın ABŞ-dan asılılığının günü-gündən artdığını deyən politoloq əlavə etdi ki, bu asılılıq bəzən milli maraqları zədələyən addım atmağa belə vadar edir: “Rusiyanın ürəyi Iranla olsa da, o, Qərb qarşısında bir sıra öhdəliklər daşıyır. Bu öhdəliklər isə Rusiyanı hazırkı durumda sıxır. Eyni zamanda Iranın nüvə silahına sahiblənməsi daha çox Amerika və Israil üçün təhlükədir. Bunun Rusiyaya aidiyyəti yoxdur. Elə bu üzdən də bir müddət Rusiya aktiv şəkildə Tehrana nüvə texnologiyasının inkişafı üçün yardım edirdi. Amma bu bir müddətə qədər mümkün idi ki, hazırda da bu əlaqələrə son qoyulmasının zamanı çatıb”.azadlıq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar