SON XƏBƏRLƏR

Mir Hüseyn Musəvi Mübarizənin yeni boyutuna keçir

2021.10.20, 07:36
Mir Hüseyn Musəvi Mübarizənin yeni boyutuna keçir

Gunaz.tv
GünAzTv: Fevralın 27-də sonuncu prezident serçkilərinin məşhur namizədi və İran (rejim) daxilindəki müxalifətin lideri Mir Hüseyn Musəvi “Kələmə” saytına verdiyi müsahibədə mübirizənin yeni mərhələsi ilə bağlı fikirlərini bölüşüb. Musəvi mübarizənin növbəti mərhələsində cəmiyyətin bütün təbəqələrində maariflənmənin vacib olduğunu bildirərək, “mübarizə təkcə küçələrdə olmamalıdır” mesajını da verib. O öz müsahibəsində bildirib: “kütləvi informasiya vasitələrinin birtərəfli işləməsi, müxalif jurnalistlərin həbsdə olması və digər bu kimi problemləri olduğundan, tanınmış ziyalıları bir araya toplayaıb vahid siyasi təşkilat yaratmaqla anayasa çərçivəsində fəaliyyət göstərmək mümkün deyil.” Halbuki, seçkilərdən sonra Musəvi bildirmişdi ki, “Ümidin yaşıl yolu” adlı təşkilat yaratmaq niyyətindədir. Onun sözlərinə görə indi təşkilatların normal fəaliyyətinə imkan verilmədiyindən partiya yaratmaq uğurlu addım ola bilməz. Müsəvinin sözlərinə görə küçələrdə baş verən hadisələrlə yaşıl hərəkatın düşüncəsini və hədəflərini dünya ictimaiyyətininə çatdırmaq mümkün oldu, amma bu yeganə mübarizə üsulu bu deyil. O bildirib ki, “hər bir vətəndaş, bir informasiya vasitəsidir” üsulu ilə mübarizəni davam etdirəcək. Bununlada Mir Hüseyn Musəvi cəmiyyətin bütün təbəqələrində siyasi şüur və düşüncəsini yenidən formalaşdırmağa və mübarizənin miqyasını Tehrandan çıxarıb digər şəhərlərə çəkmək niyyətindədir. İndiki yaşıl hərəkat yalnız paytaxt Tehranda və bir sıra mərkəz şəhərlərdə yayıldığından effektli nəticələr verə bilmir. Bu səbəbdən də Musəvi bütün İran ərazisini əhatə edə biləcək mübarizə metodu axtarışındadır. Amma bu mübarizə metodunun axtarışı liderlərin özlərinin siyasi düşüncələrində dəyişikliklər olmadan asan məsələ sayılmaz. İran xalqları hamışı indiki durumdan narazıdır. Sistemin bir dəfəlik dəyişilməsinin tərəfdarıdır. Amma Musəvi və islahatçı muxalifət yalnız bu sistem çərçivəsində bir sıra dəyişikliklərin olacağını vəd edirlər. Bu səbəbdən etirazlar Tehrandan və digər mərkəz şəhərlərdən uzağa gedə bilmir. Hər halda Musəvi və tərəfdarları əldə olunan fürsəti yaxşı dəyərlənirərək çoxmillətli İran adlanan ölkədə daha münasib və işlək sistem tələb etsələr, onların arxasınca İranda yaşayan bütün xalqlar gedə bilər. Amma belə bir qərara gəlmək siyasi iradə tələb edir. Bu isə İranda olan indiki müxalif qüvvələrdə görünmür. Bu səbəbdən İranda yaranan bu böhranın tez bir zamanda həll olunacağı gözlənilmir. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar