SON XƏBƏRLƏR

Musəvi ölkənin diktaturaya yuvarlandığını deyir

2021.10.20, 07:36
Musəvi ölkənin diktaturaya yuvarlandığını deyir

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin voa-ya istinadən yaydığı məlumata görə, İran müxalifətinin aparıcı lideri Mir Hüseyn Musəvi deyir ki, ölkədə ruhani hakimiyyətindən kult tərəfindən idarə olunan diktaturaya keçid baş verib. Sabiq baş nazirin bəyanatı şənbə günü onun veb saytında açıqlanıb. Həmin yazıda cənab Musəvi həmçinin hökumətin 11 fevralda, İslam İnqilabının ildönümündə, müxalifət fəallarına qarşı basqılarını pisləyib. O, əlavə edib ki, bayram nümayişləri dövlət tərəfindən təşkil olunub. İki gün öncə ali dini rəhbər Ayətulla Əli Xameneyi bildirmişdi ki, prezident Mahmud Əhmədinejadın prezidentliyini qəbul etmədiyi üçün müxaliət siyasi sistemin tərkib hissəsi olmaq hüququnu itirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar