SON XƏBƏRLƏR

Xarici jurnalist Xocalıda baş verən faciələrin canlı şahidi olub...

2021.10.20, 07:36
Xarici jurnalist Xocalıda baş verən faciələrin canlı şahidi olub...

Gunaz.tv
GünAzTv: “Dağlıq Qarabağ müharibəsində, eləcə də Xocalı soyqırımında ermənilər tərəfindən kimyəvi silahlardan istifadə edilib”. SİA-nın məlumata görə, bu barədə Strateji Araşdırmalar Mərkəzində təşkil olunan konfransda çıxış edən Litvanın “Lazdiyay ulduzu” ictimai-siyasi qazetinin redaktoru Riçardas Lapaytis bildirib. Onun sözlərinə görə, Xocalı soyqırımında öldürülən insanların bəzilərində zorakılıq əlamətləri yox idi. Bu məqsədlə Riçardas Lapaytis onların qanından nümunələr götürüb və Litvada yerləşən tibbi ekspertizaya göndərib: “Nəticələr həqiqətəndə özünü doğurltdu. Bu barədə mətbuatda yazı dərc etdirmək istədim. Lakin bu məqaləni hec kim dərc etmək istəmirdi. Çünki kimyəvi silahdan istifadə beynəlxalq qalmaqala gətirib çıxara bilərdı. Həmin faktlar hələ də məndə saxlanılır.” Litvada Xocalı faciəsi haqqında həqiqətləri yazan ilk jurnalist Riçardas Lapaytis 1992-ci ildə baş verən hadisələri hələ də unutmadğını da deyib: “Orada öldürülən insanlar erməni vəhşiliyinin bariz nümunəsi idi. Hara baxırdımsa qadın, uşaq cəsədləri var idi. Bunu unutmağa ömür çatmaz.” Konfrasda daha sonra çıxış edən Litva Respublikası Seyminin İqtisadiyyat Komitəsi sədrinin məsləhətçisi İmantas Melyanas Ermənistanın monolit dövlət olduğunu bildirib. Onun sözlərinə görə, Xocalıda törədilən soyqırım insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Qeyd edək ki, hər iki Litvalı qonaq Prezident Yanında Strateji arşdırmalar Mərkəzinin dəvətilə Azərbaycana səfərə gəliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar