SON XƏBƏRLƏR

Ərdoğan: Türk dövlətlərini mərd olmağa və özlərini tək hiss etməməyə çağırıb

2021.10.20, 07:36
Ərdoğan: Türk dövlətlərini mərd olmağa və özlərini tək hiss etməməyə çağırıb

Gunaz.tv
GünAzTv: Türkiyədə “Xaricdə yaşayan türklər və türk xalqları ilə iş üzrə idarə”nin yaradılması ilə bağlı toplantı keçirilib. Tədbirə bütün dünyada yaşayan türk icmaları ilə yanaşı Azərbaycandan da geniş nümayəndə heyəti dəvət olunub. Mərasimdə iştirak edən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov indiki məqamda türk dövlətlərini bir olmağa çağırıb. "Bizim bir olmaqdan başqa gücümüz və çarəmiz yoxdur. Biz bir millət olduğumuzu ortaya qoyub, gücümüzü birləşdirsək, hər bir dövlətin rəsmi qurumları bu işləri koordinasiya edib iş aparsa, düşünürəm diaspora işi irəli gedəcək və Türkiyənin səsi yüksəklərdə eşidiləcək”,-deyə o bildirib. Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan isə türk dövlətlərini mərd olmağa və özlərini tək hiss etməməyə çağırıb. “Yenə burdan Daglıq Qarabağa, Naxçıvana, Bakıya, Gəncəyə, Bosniyaya ən dərin məhəbbətimi göndərirəm. Tale bizi ayrı coğrafiyalara ayırsa da, bizim qəlbimiz birdir. Əziz qardaşlarım, boynunuzu bükməyin! Bizə boyun bükmək yaraşmır. Heç bir yerdə özünüzü tək hiss etməyin. Tək qaldığınız anda da belə! Bunu unutmayın ki, burada bir güclü ölkə var, burada Türkiyə var”,-deyə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan söyləyib. Ərdoğan vurğulayıb ki, əgər türklər bir olarlarsa, o zaman Balkanlarda və Qafqazdakı probemlər də aradan qalxmış olacaq. O, dünyanın Xocalı soyqırımına biganə qalmasını da qınayıb. "Gürcüstandakı dinc insanların öldürülməsi bizi necə narahat edirdisə, Qarabağdakı, İraqdakı, Əfqanıstandakı insanların vəziyyəti də bizi elə narahat edir. Dünən 26 fevral idi, Xocalı soyqırımının növbəti il dönümü idi. Biz bu soyqırımı yaşamaq istəmirik. O faciəni yaşayanların əziyyətini nəzərə alaraq, o dərdi bölüşmək, İnsan Haqları Məhkəməsinin bunun hesabını soruşmasını istəyirik",-deyə baş nazir bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar