SON XƏBƏRLƏR

Güney Azərbaycanda Beynəlxalq “Ana Dili Günü”-də 4 milli-mədəni fəal tutuqlanıb

2021.10.20, 07:36
Güney Azərbaycanda Beynəlxalq “Ana Dili Günü”-də 4 milli-mədəni fəal tutuqlanıb

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanda 4 milli-mədəni fəal Beynəlxalq “Ana Dili Günü”-dən 2 gün sonra tutuqlanıb. Onlar Ərdəbil və Gilan vilayətinin Türklər yaşayan bölgələrində Ana Dili ilə bağlı yayılan bildirişlərə görə, Ərdəbilin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutulublar. Tutulanların adı Mehdi Əjdəri, Babək Miyami, Həsən Kərimi və Şəhruz Təxtidir. Onlar 2010-cu il fevral ayının 23-də (isfəndin 4-u) tutulublar. Həmçinin Ərdəbil şəhərinin ETTELAAT əməkdaşları fevralın 24-də cənab Mehdi Əjdərinin evinə gedib onun evində axtarış aparıblar. Axtarış nəticəsində ev sahibinin bir sıra şəxsi əşyasını o cümlədən bir neçə kitab və kompüterini aparıblar. Xatırladaq ki. Güney Azərbaycanda Beynəlxalq “Ana Dili Günü”-də hər il anoloji faktlar yaşanır. Fars dilindən başqa bütün dilləri inkar edən İran dövləti hər il Beynəlxalq “Ana Dili Günü”-nü qeyd edən şəxsləri təzyiq altına salır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar