SON XƏBƏRLƏR

Rahim Hacıyev: ...Bir dəfə İranın vasitəçiliyinin acı nəticələrini dadmışıq

2021.10.20, 07:36
Rahim Hacıyev: ...Bir dəfə İranın vasitəçiliyinin acı nəticələrini dadmışıq

Gunaz.tv
GünAzTv: İran Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak etmək niyyətindədir. Bunu Iranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami bildirib. Səfirin sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Irana səfəri zamanı prezident Ilham Əliyevin razılığı ilə Iranın bu məsələdə dəstəyi məsələsinə baxılıb. Vəziyyəti kifayət qədər gərgin olan, beynəlxalq sanksiyalar təhlükəsi ilə üz-üzə qalan Iranın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə nə kimi köməyi dəyə bilər? Digər tərəfdən, Iranın Ermənistanla dostluq münasibətlərini də yada salmaq lazımdır. Ermənistanın xarici ticarət dövriyyəsində Iran birinci yer tutur və hətta Rusiyanı da qabaqlayır. Belə vəziyyətdə Azərbaycan Irandan nə kömək gözləyə bilər? Məsələyə münasibət bildirən siyasi ekspert Rahim Hacıyev 1992-ci ildə Iranın vasitəçilik missiyasının Azərbaycan üçün ağır nəticələr verdiyini xatırlatdı: “1992-ci ildə Iran Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasına girişmişdi və nəticəsi bizim üçün çox ağır oldu. Tehranda danışıqlar gedən zaman Şuşa işğal olundu. Biz bir dəfə Iranın vasitəçiliyinin acı nəticələrini dadmışıq”. Ekspertin fikrincə, indiki ağır durumunda Iranın hər hansı bir problemin həllində müsbət rol oynaya biləcəyi də ciddi şübhə doğurur: “Mövcud vəziyyətdə, Iranın beynəlxalq aləmlə, xüsusən Qərb dövlətləri ilə çox ciddi problemləri olduğu vaxtda hansısa beynəlxalq problemlərin həllində ciddi uğur qazana, onun həllində müsbət rol oynaya biləcəyi ümumiyyətlə kifayət qədər ciddi şübhə doğurur. Ermənistanla Azərbaycan arasında konfliktin mövcud olduğu bütün dövrlər ərzində Iran üzdə guya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini desə də, faktiki Ermənistanla çox yaxşı əlaqələr qurub, bu ölkənin iqtisadi problemlərinin həllində ona çox böyük kömək göstərib. Xüsusən də Ermənistan və Iran rəhbərlərinin tez-tez görüşlər keçirməsi və hətta 30 minə qədər azərbaycanlının qətlində birbaşa iştirak etmiş Sərkisyan və Köçəryana xoş münasibət göstərməsini qeyd etmək lazımdır. Bu yaxınlarda Sərkisyan Iranda olarkən onu nəinki Əhmədinejad, hətta Iranın ali dini lideri qəbul etmişdi. Bu bizi çox narahat edən məsələdir. Çünki müsəlman dünyasında önəmli bir yer tutmaq istəyən dövlət 30 minə yaxın azərbaycanlı müsəlmanın qətlini təşkil etmiş şəxslərə belə isti münasibət göstərməməlidir. Bu onu göstərir ki, Iran Azərbaycana qarşı səmimi münasibət bəsləmir. Daha çox Ermənistanı dəstəkləyir. Ona görə biz Iranın bu məsələdə səmimi mövqedən çıxış edib Azərbaycanın xeyrinə iş görə biləcəyinə o qədər də inanmırıq”.azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar