SON XƏBƏRLƏR

Rus ziyalıları ermənilərin Xocalıda törətdiyi tükürpədici cinayətləri qınadılar

2021.10.20, 07:36
Rus ziyalıları ermənilərin Xocalıda törətdiyi tükürpədici cinayətləri qınadılar

Gunaz.tv
GünAzTv: Xocalı soyqırımı həqiqətlərinin dünya birliyinə çatdırılmasında Rusiyada yaşayan soydaşlarımız da fəallıq nümayiş etdirirlər. Yekaterinburq şəhərində keçirilən konfransda iştirak edən rusiyalı ziyalılar törədilən vəhşiliklərin soyqırımı kimi tanınmasının vacibliyini vurğulayıblar. Rusiyanın Yekaterinburq şəhərində keçirilən anım mərasiminə soydaşlarımızla yanaşı, yerli ziyalılar da qatıldı. Əvvəlcə Xocalıda vəhşiliklə qətlə yetirilən azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu Soltan Qasımov Xocalıda günahsız insanların vəhşiliklə qətlə yetirildiyini diqqətə çatdırdı. Vurğuladı ki, dünya birliyinin faciəyə lazımi reaksiya göstərməməsi təəssüf doğurur. Avropa İttifaqı informasiya mərkəzinin Rusiya üzrə milli koordinatoru, Ural Dövlət Universitetinin kafedra müdiri Aleksandr Nesterov bildirdi ki, hərbi əməliyyatlar dayansa da, ermənilər informasiya müharibəsini davam etdirir. Onlar Xocalıda baş verənləri inkar etməyə çalışırlar. Avropada isə hamı qəbul edir ki, xocalıda insanlığa qarşı dəhşətli cinayəti ermənilər törədiblər. Cənab nesterov belə dedi. Tədbirdə çıxış edən rusiyalı ziyalılar da həqiqətlərin dünyaya çatdırılmasında təbliğat işlərinin gücləndirilməsininin vacibliyini qeyd etdilər. Sverdlovsk vilayətindəki «Azərbaycan» cəmiyyətinin sədri Şahin Şıxlınski Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Rusiyada yayılmasında, xüsusilə Ural bölgəsində yaşayan azərbaycanlıların son zamanlar fəallığı artırdığını bildirdi. Bu işdə Rusiyadakı Azərbaycan gəncləri təşkilatının yerli nümayəndəliyi də aktivdir. Onlar rusiyalı həmyaşıdlarını Azərbaycan həqiqətləri barədə mütəmadi məlumatlandırırlar. Konfransda Xocalıda törədilən vəhşilikləri pisləyən bəyanat qəbul olundu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar