SON XƏBƏRLƏR

Camal Məmmədxanoğlu: CanAzTv əsas ilham gücünü Türkiyədə deyildiyi kimi Can Azərbaycandan alır

2021.10.20, 07:36
Camal Məmmədxanoğlu: CanAzTv əsas ilham gücünü Türkiyədə deyildiyi kimi Can Azərbaycandan alır

Gunaz.tv
CanAzTv yaranması Azərbaycan diasporunun tarixində əsas önəmli hadisələrdən biri olsada, onu yaşatmaq və istədiyimiz səviyyə çatdırmaq qarşımızda duran əsas vəzifələrdən biridir. İnanırıq ki, kanal millətimizin dünyada tanıdılmasında müstəsna rol oynayacaqdır. Canaz.tv əsas ilham gücünü Türkiyədə deyildiyi kimi Can Azərbaycandan alır. Bu fikirləri GünAz.TV Mətbuat Xidmətinə bu günlərdə Bakıya bir neçə günlüyə gələn, Azərbaycan diasporunun tanınmış isimlərindən olan, İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzinin başqanı, (CanAzərbaycan Televiziyasının) yaradıcısı Camal Məmmədxanoğlu bildirib: Mən artıq kanalın yaranması haqqında Azərbaycan mediasında geniş açıqlamalar vermişəm. İndi sizə bəzi fikirlərimi bildirmək istəyirəm. Hazırda dünyada əsas savaş informasiya ilə aparılır. Bizim bu sahədə zəifliyimiz olduğuna görə belə bir kanalın yaranması zəruridir. Çünki, bizi istəməyən qüvvələr üstümüzə yalançı informasiyaları ilə gəlirlər və içtimai fikiridə öz xeyirlərinə formalaşdırırlar. Xüsusilə xalqımıza məxsus dəyərləri özünküləşdirirlər. Dəyərlərimiz başqa adlarla dünya tanıtdırılır. Bunuda zaman-zaman acılarını yaşamışıq. Buna görədə İzmirdə yaşayan dostlarımızla düşündük ki, Azərbaycan türklərinin mədəniyyətini, tarixini, ədəbiyyatını və s, milli dəyərlərini təbliğ etmək üçün Türkiyədə yaşayan Azərbaycanlıların səsi olan televiziya yaradaq. Ancaq, kanal eyni zamanda əsas fəaliyyət strategiyasını təkcə türkiyədə yaşayan Azərbaycanlılara yox, dünyanın hər bir yerində yaşayan soydaşlarımızın səsini, sevgisini, qazanmaq istəyir. Bu məqsədlə yola çıxmışıq. Hazırda dünya azərbaycanlılarının ən vacib problemlərindən biri də Dağlıq Qarabağ və 35 milyonluq Güney azərbaycanlılarının öz dillərində təhsil almalarıdır. "Bu istiqamətdə telekanal əlindən gələni edəcək. Bu, bir milli televiziyadır. "Hazırda televiziyanın 3 işçisi var. Amma televiziya peyk vasitəsilə yayıma başlayandan sonra əməkdaşlarımızın sayı artacaq. Televiziyanın əsas yayım mərkəzi İzmirdə olacaq. Eyni zamanda İstanbulda və Bakıda da ofislərin açılması nəzərdə tutulub". Siyasi məsələlər o qədərdə önəm verməyəcəyik. Bizim üçün iqtidar və ya müxalifət deyilən anlayış yoxdur. Vətənini sevən milli insan məhfumu var. Kanal Azərbaycan üçün calışan, onun mənafeyini hər şeydən uca tutan hər bir insanın üzünə açıq olacaqdır. Hədəf güclü Azərbaycan və türk dünyasının fikir birliyinə calışan bir kanalı ortaya qoymaqdır. Camal bəy eyni zamanda Guney Azərbaycanda gedən milli hərakatıda diqqətlə izlədiklərini və orada cərəyan edən hadisələrin yüksələn xətlə inkişaf etdiyini bildirdi. Bu bir milli kimliyin təsdiqi və ana dilinin varlığının qorunub saxlanılması savaşıdır. Bu hadisələr hər bir Azərbaycan türkünün milli ruhunun yüksəlməsinə təsir edir. Bizim gələn ay martın 12-dən 21-nə kimi İzmir Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək III Azərbaycan Novruz Festivalının bir günü "Güney Azərbaycanda türkçülük hərəkatının inkişafı" adlı konfransa həsr olunub. Hollandiyada yaşayan bir yazar dostumuz orada danışacaq. Bu məsələdə hər bir Azərbaycan türkü var gücü ilə çalışmalıdır və millətimizin mənəvi-ideoloji cəhətdən bütövləşməsi üçün bu işi gücləndirmək lazımdır. Camal bəy, sonda onuda qeyd etdi ki, Can Azərbaycan televiziyasının yaranması- Xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun sevincinə səbəb olub. Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar