SON XƏBƏRLƏR

Möhsüni Ejei Musəvi və Kərrubiyə jiddi xəbərdarlıq edib

2021.10.20, 07:36
Möhsüni Ejei Musəvi və Kərrubiyə jiddi xəbərdarlıq edib

Gunaz.tv
GünAzTv: İranın baş prokuroru Möhsüni Ejei “Yaşıl Hərəkat” liderləri keçmiş baş nazir Mirhüseyn Musəvi və Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubiyə jiddi xəbərdarlıq edib, onları “fitnəkarlıq”dan əl çəkməyə çağırıb. O bildirib ki, “Vətəndaşların tələblərindən biri ondan ibarətdir ki, biz niyə fitnə başçılarına qarşı tədbir görmürük. Hesab edirəm ki, əgər onlar fitnəkarlıq və qanunsuzluğu davam etdirsələr, hökmən barələrində ciddi tədbir görüləcək”. GünAzTv mətbuat mərkəzinin mediaforum-a istinadən yaydığı məlumata görə, “2009-cu il prezident seçkisinin rəsmi nəticələrinə etiraz etdiyinə görə tutulmuş şəxslər tövbə etsələr, vurduqları ziyanı ödəsələr, onlardan vətəndaş şikayəti olmasa və doğru-düzgün yolu seçsələr, əfv edilə bilərlər”. deyə Ejei əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar