SON XƏBƏRLƏR

ADAPın təqdim etdiyi sənəd BMT-nin İnsan Haqları Şurasında təsdiqlənib

2021.10.20, 07:36
ADAPın təqdim etdiyi sənəd BMT-nin İnsan Haqları Şurasında təsdiqlənib

Gunaz.tv
GünAzTv: BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilən İclasının sonunda, İranda Azerbaycanli Siyasi Məhbusların Hüquqlarını Müdafiə Assosiyasiyasının (ADAP) təklif etdiyi sənəd İrandakı İnsan Haqları ilə bağlı nəhayi sənədlərdən biri kimi təsdiq edilib. Adı gedən Qurumun məsullarından biri cənab Fərzin Fərzad BTN-ə bildirib ki, 3 günlük Cenevrə İclası İranda 10 ildə olan İnsan Haqları durumunu araşdırıb və son aylarda adi Vətəndaşlar, Qurumlar, Qeyr Hökümət Təşkilatları, Opozisyon Qrupları və ... tərəfindən təqdim edilən sənədləri gözdən keçirib. Sonda isə ADAP-ın sunduğu sənəd ən etibarlı sənəd kimi qəbul edilib. Bu isə Azərbaycanlıların İnsan Haqları baxımından İranda olan vəziyyətini əks etdirir. Xatırladaq ki, İranda Azerbaycanli Siyasi Məhbusların Hüquqlarını Müdafiə Assosiyasiyası (ADAP) 2006-ci ildə 22 may hadisələrindən (İran qəzetində dərc olan təhqir edici karikaturaya qarşı milli qiyam) sonra Kanadada yaranıb. Qurum Bu günə qədər çox uğurlu fəaliyyət yolu keçib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar