SON XƏBƏRLƏR

Təbrizdə 5 nəfər milli-mədəni fəala məhkəmə hökmü çıxarılıb

2021.10.20, 07:36
Təbrizdə 5 nəfər milli-mədəni fəala məhkəmə hökmü çıxarılıb

Gunaz.tv
GünAzTv: Təbrizdə 5 nəfər milli-mədəni fəala məhkəmə hökmü çıxarılıb Güney Azərbaycanın milli-mədəni fəallarının 5-nin haqqında məhkəmə hökmü çıxarılıb. İbrahim Fərəczadə, Hüseyn Nəsiri, Nurullah Hüseyniyan, Cavad Salmani və Əbulfəzl Nəsiri Təbriz İnqilab Məhkəməsi tərəfindən həbs və cərimə cəzasına məhkum edilib. Məhkəmə hökmünə əsasən İbrahim Fərəczadə, Hüseyn Nəsiri və Nurullah Hüseyniyan 6 ay həbs, Cavad Salmani və Əbulfəzl Nəsiri isə 500 dollar cərimə olunacaq. Adını çəkdiyimiz milli-mədəni fəallar milli təhlükəsizliyi pozmaq məqsədi ilə CAT və digər qruplarda üzvlük, Azərbaycanlıları 2007-ci il may ayının 22-də milli qiyamın (2006-ci il 22 may hadisələri) ildönümünə dəvət etməklə Sistemin əleyhinə təbliğ və Azərbaycan Respublikasına səfərdə ittiham olunurlar. Milli-mədəni fəallar 2007-ci il aprel ayının 26-da 22 may hadisələrinin il dönümünə dəvəti ilə bağlı, Təbrizdə yayılan bildirişlərdən sonra tutuqlanıb və 81 gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa burılmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar