SON XƏBƏRLƏR

Britaniya Parlamentinin Lordlar Palatasında Xocalı faciəsinin 18-ci ildönümü anılıb

2021.10.20, 07:36
Britaniya Parlamentinin Lordlar Palatasında Xocalı faciəsinin 18-ci ildönümü anılıb

Gunaz.tv
GünAzTv: Fevralın 25-də Böyük Britaniya Parlamentinin Lordlar Palatasında Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. tədbirdə Böyük Britaniya Parlamentinin və diplomatik korpusun üzvləri, jurnalistlər, Britaniya ictimaiyyətinin təmsilçiləri və bu ölkədə yaşayan türk və Azərbaycan icmasının üzvləri iştirak ediblər. GünAzTv mətbuat mərkəzinin “lent-az”-a istinadən yaydığı məlumata görə, İlk öncə faciə nəticəsində qətlə yetirilmiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Britaniya Parlamentinin üzvü baronessa O Kateyn çıxışı zamanı Xocalı qətliamı haqqında həqiqətlərin geniş ictimaiyyətə çatdırılması və faciənin unudulmamasının əhəmiyyəti vurğulanıb. Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bu hadisəni sadəcə Azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş qanlı cinayət kimi səciyyələndirib. O qeyd edib ki, erməni hərbi qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş bu misli görünməmiş qətliama beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymət verilməli və qətliamın təşkilatçıları törətdikləri cinayətə görə cavab verməlidirlər. Səfir faciə haqqında beynəlxalq məlumatlılığın artırılması məqsədilə İslam Konfransı Gənclər Təşkilatının (İKT) Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyasından söz açıb. Tanınmış tədqiqatçı-jurnalist, “Azərbaycan Gündəliyi” kitabının müəllifi və Xocalı faciəsindən sonra bölgəyə gedərək baş verənlərlə yerində tanış olmuş Tomas Qolts faciə ilə bağlı şahid olduqlarını iştirakçılarla bölüşüb. Tomas Qolts həmin gün baş verənlərin dinc əhaliyə qarşı törədilmiş ən qanlı faciələrdən olduğunu və bu günə qədər buna tarixi qiymət verilməməsinin təəssüf doğuran hal olduğunu dilə gətirib. O, faciənin miqyasından təfsilatlı şəkildə bəhs edib, bu addımı sadəcə bütövlükdə bəşəriyyətə və bəşəri dəyərlərə qarşı törədilmiş cinayət kimi dəyərləndirib. Tədbirin gedişində “Xocalıya Ədalət” beynəlxalq kampaniyası haqqında iştirakçılar məlumatlandırılıb, məlumat kitabçaları və broşuralar paylanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar