SON XƏBƏRLƏR

İran-Ermənistan arasında neft kəməri çəkiləcək

2021.10.20, 07:36
İran-Ermənistan arasında neft kəməri çəkiləcək

Gunaz.tv
GünAzTv: İrandan Ermənistana neft məhsullarının nəqli məqsədi ilə iki ölkə arasında 350 km uzunluqda neft kəmərinin tikintisi barədə razılıq əldə olunub. Iranın neft nazirinin müavni Seyid Nurəddin Şahnazizadə ölkəsinin Ermənistana hər il neftayırma zavodlarından 70 min barel neft məhsulu nəql olunacağını bildirib. GünAzTv mətbuat mərkəzinin apa-ya istinadən yaydığı məlumata görə, Bir müddət əvvəl Ermənistanın Meqri şəhərində illik istehsal gücü 7 milyon ton olan neftayırma zavodunun tikintisinə dair Iran, Ermənistan və Rusiya arasında üçtərəfli layihəsinin icrası barədə razılıq əldə olunub. Lakin Rusiya tərəfi layihənin iqtisadi cəhətdən səmərəsiz olduğunu bəyan edib. Rusiyalı ekspertlər fikirlərini bu həcmdə neft məhsullarının satışı üçün bazarın olmaması ilə əlaqələndiriblər. Ekspert qiymətləndirmələrinə görə, Ermənistanın özünün neft məhsullarına illik tələbatı 250 min ton təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar