SON XƏBƏRLƏR

Prezident Əliyev “Xocalı Soyqırımı” abidəsini ziyarət etdi

2021.10.20, 07:36
Prezident Əliyev “Xocalı Soyqırımı” abidəsini ziyarət etdi

Gunaz.tv
GünAzTv: Bu gün bütün Dünya Azərbaycanlıları Xocalı soyqırımı qurbanlarının xatirəsini anır. Artıq prezident İlham Əliyev abidə-kompleksini ziyarət edib. Dövlət başçısı abidənin önünə əklil qoyub. Dövlət və hökumət nümayəndələri, Müxalifət partiyaları, ictimaiyyətin nümayəndələri də abidə kompleksini ziyarət edirlər. Faciə ilə bağlı ölkə ərazisində müxtəlif tədbirlər keçirilir. Əsas mərasim isə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana fəryadı" abidə kompleksinin önündə keçirilir. Həmçinin “Xocalı soyqırımı” Dünya Azərbaycanlıları və bir sıra xarici ölkələrin nümayəndələri tərəfindən dünyanın bir çox ölkəsində anılır, Şəhidlərin ruhuna dualar oxunur. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayın şəxsi heyətinin köməyi ilə Xocalı şəhərini işğal ediblər. İşğalla bərabər erməni yaraqlıları şəhərin dinc əhalisinə də divan tutublar. Nəticədə 613 həlak olub ki, onların da 63-ü uşaq, 106-sı qadın, 70-i isə qocalardır.8 ailə tamamilə yer üzündən silinib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qətliyam nəticəsində 487 nəfər müxtəlif dərəcəli yaralar alıb ki, onların da 76-sı uşaqlardır. 150 nəfər itkin düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar