SON XƏBƏRLƏR

Bu gün "Xocalı Soyqırım"-nın 18-ci il dönümüdür

2021.10.20, 07:36
Bu gün "Xocalı Soyqırım"-nın 18-ci il dönümüdür

Gunaz.tv
GünAzTv: Xocali soyqırımından 18 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalını işğal edərək azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər törədiblər. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulub. Bu gün ictimai-siyasi təşkilatlar, eləcə də sıravi vətəndaşlar Xocalıda qətlə yetirilənlərin xatirəsinə ucaldılan “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar