SON XƏBƏRLƏR

Tehran və Dəməşq, Vaşinqtona qarşı bir-birlərinə dəstək mesajı verib

2021.10.20, 07:36
Tehran və Dəməşq, Vaşinqtona qarşı bir-birlərinə dəstək mesajı verib

Gunaz.tv
GünAzTv: İran və Suriya, ABŞ-a (Amerika Briləşmiş Ştatları) qarşı bir-birlərinə dəstək mesajı verib. rəsmi Şam, ABŞ-a bölgəyə müdaxilədə etməməsi yönündə xəbərdarlıq edib. İki ölkə, qarşılıqlı olaraq vizaların qaldırılmasını nəzərdə tutan bir razılaşmada imzalayıblar. GünAzTv mətbuat mərkəzinin sia-ya istinadən yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad, bu gün Suriyanın paytaxtı Şamda rəsmi səfərdə olub. Suriya dövlət başçısı Bəşər Əsədlə görüşən Əhmədinejad, ABŞ-a qarşı Şamdan tam dəstək alıb. Şam, ABŞ-ın İranla əlaqələrini məhdudlaşdırması tələbini rədd edib və Vaşinqtonu bölgə ölkələrinin əlaqələrinə müdaxilə etməməsi üçün xəbərdar edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar