SON XƏBƏRLƏR

Səfər Əbiyev: Ermənistan torpaqlarımızdan çıxmadığı halda, "böyük müharibə"-nın başlanacağı qaçılmazdır

2021.10.20, 07:36
Səfər Əbiyev: Ermənistan torpaqlarımızdan çıxmadığı halda, "böyük müharibə"-nın başlanacağı qaçılmazdır

Gunaz.tv
GünAzTv: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda inkişafın əldə edilməməsini göstərərək, Ermənistana qarşı hərbi aksiya ilə bağlı hədələri yeniləyib. «Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 15 il ərzində diplomatlar konkret bir nəticə ortaya qoya bilmədilər. Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşır. İşğalçı Ermənistan torpaqlarımızı azad etməzsə, Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır. Bu sözləri Müdafiə naziri Səfər Əbiyev bu gün Fransanın Azərbaycandakı səfiri Qabriel Kellerlə görüşündə deyib. Prezident İlham Əliyev və digər yüksək vəzifəli Azərbaycan rəsmiləri də son aylarda Azərbaycanın hərbi əməliyyatları başlamağa hazır olduğunu bəyan ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar