SON XƏBƏRLƏR

Həbsxanada Aclıq Aksiyası edən Abdullah Səduqi məhkəmə müstəntiqinə məktub yazıb

2021.10.20, 07:36
Həbsxanada Aclıq Aksiyası edən Abdullah Səduqi məhkəmə müstəntiqinə məktub yazıb

Gunaz.tv
GünAzTv: Göndərən: Abdullah Səduqi Atasının adı: Cəbrail Cinayət: Türk olmaq ittiham: bir çox... mövzu : aclıq aksiyasının elanı müraciət olunur : məhkəmənin 4-cü şəbə müstəntiqi – Haşimzadə Cənab! Mən yaxşı bilirəm ki, mən millət, vətən və öz doğma kimiyimi istədiyimə görə ilk olaraq qanun tərəfindən təzyiqə məruz qalmıram və yəqin ki mən sonuncu nəfərdə olmayacam. Necə ki keçmişdə qanun qarşısında dindirmələrimdə dəfələrlə bildirmişəm, insan ALLAHın bəxş etdiyi hər bir nemətin qarşısında məsuliyyət hissi keçirməlidir. Bu hər bir müsəlmanın ALLAHın qarşısında borcudur. Ana Dilidə ALLAHın nemətlərindən biridir. əgər buna görə günahkar tanınmışamsa mən bununla fəxr edirəm. Ancaq belə bir qanuna təssüf hissi keçirməkdən başqa əlimdən heç nə gəlmir. Cənab Haşimzadə alması almasla kəsərlər. Şübhəniz olmasın ki fars şovinizmi Türk mədəniyyət, dil, tarix və millətini inkar edib onu aradan aparmaqdan çox kiçikdir. əgər buna nail olublarsa oda bu millətin öz evladlarının əli ilə olub. əgər siz bu millətin övladı olaraq bu yurdu sevənləri zəncirə çəkib fars şovinizminə xidmət etməsəniz, əgər bu yurdun öz övladları həqiqət axtaran Azərbaycanlıların səsini boğmasa fars faşistləri bu qəhrəman millətlə bacara bilməz. Mən bir siyasi fəal kimi deyil, Azərbaycanın mədəniyyət və dilinə aşiq birisi kimi özümə borc bilirəm ki millətimin üzərimdə olan haqqını ödəyim. Mən qanunun axtarışına məruz qalacaq heç bir suç işləməmişəm və bütün ittihamlardan özümü pak bilirəm. Məhz buna görədə öz etirazımı aclıq aksiyası ilə elan edirəm. Sonda 21 fevral “Ada Dili günü” münasibəti ilə bütün Azərbaycanlı Türk soydaşlarımı və fars şovinizminin zülmü altında qalmış bütün xalqları təbrik edirəm. Arzu edirəm elə gün gəlsin ki Ölkə aparıcıları bilsin ki, milli birlik yalnız və yalnız ölkə daxilində yaşayan bütün millətlərin hüququna hörmətlə etməklə mümkündür. Aclıq aksiyasının başlanqıcı: 2010-cu il fevral ayının 18-i (Bəhmənin 29-u) Hörmətlə : Abdullah Səduqi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar