SON XƏBƏRLƏR

Ermənilər bir neçə dildə o cümlədən Azərbaycan türkcəsində "Xocalı" saytı açıblar

2021.10.20, 07:36
Ermənilər bir neçə dildə o cümlədən Azərbaycan türkcəsində "Xocalı" saytı açıblar

Gunaz.tv
GünAzTv: Bədnam qonşularımız informasiya müharibəsində Azərbaycana qarşı yeni “cəbhə” açıblar. Ermənilər Xocalı soyqırımı haqda yanlış məlumatlar yaymaq və ictimai rəyi çaşdırmaq üçün Azərbaycan dilində xocali.net saytı yaradıblar. GünAzTv mətbuat mərkəzinin "musavat"-a istinadən yaydığı məlumata görə, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikricə Azərbaycanda belə saytlara yanaşma tərzi səhvdir: “10 il bundan əvvəl keçirilən bir toplantıda ermənilərə qarşı informasiya müharibəsində qalib gəlməyin yolları müzakirə olunurdu. Onda dedim ki, bu, ciddi məsələdir. Bunun üçün dövlət vahid mərkəz yaratmalı, bu qurum da hərtərəfli işləri idarə etməlidir. Belə saytların yaradılmasına yol vermək olmaz. Lakin çox keçmədi ki, layihə dayandırıldı. Artıq bu, idarə olunmaz prosesə çevrilib”. Maraq xətrinə biz də həmin sayta daxil olduq. Sayt rus, ingilis, Azərbaycan, alman, fars və fransız dillərində hazırlanıb. Giriş səhifə “Xocalı: görünməmiş aldatmalar və saxtalaşdırmalar atraksionu” adlanır. Bu səhifədə Xocalı soyqırımına aid şəkillərlə yanaşı, hazırda həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redakrotu Eynulla Fətullayevin “Qarabağ gündəliyi” yazısından bir parça və müsahibə yerləşdirilib. Eks-prezident Ayaz Mütəllibovun və Azərbaycanın əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı laureatı Ramiz Fətəliyevin müsahibəsi də yerləşdirilib. A.Mütəllibovun fotosunun üstündə “Xocalı haqqında həqiqəti söylədiyi üçün Azərbaycandan sürgün edilib” sərlövhəsi verilib. R. Fətəliyevin müsahibəsinin başlığında isə “Siyasi uzaqgörənliyin olmaması Xocalı hadisəsinə gətirib çıxartdı” sərlövhəsi yer alıb. Dövlət qurumlarının məsələyə münasibətini dərc etməyə hazırıq. Rusiyanın “Uşaq aləmi” (“Detskiy mir”) telekanalında fevralın 18-də yayımlanan, 1970-ci ilin istehsalı olan “Pişik və it” (“Kot i sobaka”) cizgi filmində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından Məşədi İbadın ifasında səslənən məşhur musiqidən istifadə edilib. Lakin operetta erməni bəstəkarının adı ilə təqdim olunub. Bu barədə lent.az məlumat yayıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məsələnin araşdırılması və həlli üçün kino işləri şöbəsinə tapşırıq verib: “Ermənilər bu işdə peşəkardır. Özlərinə məxsus olmayanları oğurlamağı sevirlər. Məşhur ”Nu poqodi" cizgi filmində də “Cücələrim” ifa olunurdu. O vaxt buna çox sevinirdik. Ümumiyyətlə, sovet vaxtı bütün əsərlər sovetinki kimi təqdim olunurdu. Amma daha belə olmayacaq. Qeyri-maddi mədəni irsin reyestrinin yaradılması ilə əsərlərin Azərbaycana məxsus olması sənədlərlə sübut olunacaq". Qeyd edək ki, 2010-cu il fevralın 18-də Azərbaycanın Qeyri-maddi mədəni irs nümunələrinin inventarizasiya və identifikasiyası üzrə Şuranın birinci toplantısı keçirilib. İclasda şuranın fəaliyyət istiqamətləri və tərkibi müzakirə olunub və Azərbaycanın qeyri-maddi mədəni abidələrinin Dövlət Reyestr formasının layihəsi, Azərbaycanın Qeyri-maddi mədəni irs abidəsinin İnventar Pasport layihəsi, Dövlət Reyestrinə daxil ediləcək nümunələr və s. barədə təkliflər səsləndirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar