SON XƏBƏRLƏR

Qardaş Ölkə həyəcan içində: Generalların kütləvi şəkildə istefaya gedəcəyi xəbəri yayılıb

2021.10.20, 07:36
Qardaş Ölkə həyəcan içində: Generalların kütləvi şəkildə istefaya gedəcəyi xəbəri yayılıb

Gunaz.tv
GünAzTv: Ərdoğan həbslərə münasibət bildirmədi, onun müavini Baş Qərargaha çağırıldı. Türkiyədə 17 general, 4 admiral, 28 zabit və bir əsgərin həbs edildiyi “Balyoz” (Gürz) əməliyyatı ilə bağlı hüquqi prosedur fevralın 23-dən başlayıb. “Media forum” saytı Türkiyə mətbuatına istinadla xəbər verir ki, həbs edilənlərin 13-ü məhkəməyə çıxarılıb. 2-si admiral olmaqla vəzifədə olan 7 hərbçinin barəsində həbs-qətimkan tədbiri seçilib, 6-sı sərbəst buraxılıb. Həbs edilənlərdən polkovnik Ümid Özcanın vəkili Bülənt Kılıç hərbçilərin istintaq materialları arasındakı imzasız, kimin yazdığı bilinməyən sənəd əsasında həbs edildiklərini deyib. Tutulanların məhkəməsi davam etdiriləcək. Əməliyyatdan sonra ordu və hökumət cəbhəsi sakitliyini qorusa da, Ankara ordu generallarının toplu istefa təhdidi iddiasıyla çalxalanır. İddia fevralın 23-də bəzi saytlarda yer alıb. Məlumata görə, fevralın 24-də Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyində təmsil olunan generallar baş qərargah rəisi İlkər Başbuğa bildiriblər ki, olaylara etiraz olaraq kütləvi şəkildə istefa verəcəklər. Bu bəyanatdan sonra baş nazir müavinlərindən birisi Baş Qərargaha çağırılıb və generalların “kartı” ona təqdim edilib. Hərbçilər əməliyyatda tutulanlar barəsində həbs-qətimkan tədbirinin seçilməməsini tələb ediblər. Daha sonra Baş Qərargaha çağırılan baş nazir müavininin Cəmil Çiçək olduğu bildirilib. Çiçək “Anadolu” agentliyinə açıqlamasında baş nazir ölkədə olmadığı üçün hökuməti təmsil etmək səlahiyyətinin onda olduğunu və bu səbbədən ordu rəhbərliyi ilə görüşdüyünü deyib. O, görüşdə “Tərəf” qəzetində yer alan iddia ilə bağlı müzakirələr aparıldığını söyləyib. Fevralın 22-də “Tərəf” qəzetində Dəniz Qüvvələri Komandanlığına bağlı Ərdək hərbi dəniz bazası komandanlığının gizli parol siyahısının müşayiəti ilə sensasiyalı xəbər dərc olunub. Xəbərə görə, Ərdək komandanlığında növbətçi əsgərlər üçün yeni parol təlimatı qəbul edilib. Həmin təlimatda növbətçinin “adi” (Azərbaycan türkcəsində qarşılığı “alçaq”), onu əvəz etməyə gələnin isə “başbakan” ifadəsindən istifadə etməsi nəzərdə tutulub. Xəbərə görə, parol və işarələr hər ay Qarnizon Komandanlığının kəşfiyyat idarələri tərəfindən müəyyən edilir. Baş Qərargah fevralın 23-dən bu xəbərlə bağlı araşdırmaya başlayıb. Cəmil Çiçək də ordu rəhbərliyi ilə məhz bu mövzunu müzakirə etdiklərini söyləyib. Amma o, generalların kütləvi istefa təhdidi ilə bağlı iddiaların doğru olmadığını deyib. Çiçək saytlarda yer alan məlumatların yanlış, yanıldıcı olduğunu və sui-istifadəyə imkan verdiyini söyləyib. Çiçək yanlış anlaşma olmaması üçün prezident Abdulla Güllə fevralın 23-ü axşama planlaşdırılan görüşünü də təxirə salıb. Baş nazir müavininin bu açıqlamasından sonra Baş Qərargah da yazılı açıqlama yayıb. Açıqlamada Türkiyə Silahlı Qüvvələrindəki 15 ordu generalı və admiralının fövqəladə toplantı keçirməsi ilə bağlı bilgi verilsə də, istefa təhdidi barədə heç nə bildirilməyib. Bir cümləlik açıqlamada İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində ortaya çıxan ciddi durumu dəyərləndirmək üçün ordu rəhbərliyinin bir araya gəldiyi qeyd olunub. Fevralın 23-ü gecə İspaniyadan Ankaraya dönən baş nazir Rəcəb Teyyub Ərdoğan Baş Qərargahdakı toplantı ilə bağlı suala cavab verməyib. Ərdoğan daha sonra müavini Cəmil Çiçək və ədliyyə naziri Sadullah Ərginlə görüşərək onlardan məlumat alıb. (Media Forum)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar