SON XƏBƏRLƏR

Rusiya İran məsələsində mövqeyini dəyişir

2021.10.20, 07:36
Rusiya İran məsələsində mövqeyini dəyişir

Gunaz.tv
GünAzTv: İranın nüvə proqramı Rusiya prezidenti Dimitri Medvedevlə Avropa Birliyinin beynəlxalq məsələlər üzrə katibi Ketrin Eşton arasında aparılan danışıqların əsas mövzusu olub. GünAzTv mətbuat mərkəzinin "Azadlıqradiosu"-na istinadən yaydığı məlumata görə, Ketrin Eşton danışıqlardan sonra bildirib ki, ümid edir ki, Rusiya ilə Qərb İrana qarşı sanksiyaların gücləndirilməsində bir mövqedən çıxış edəcəklər. Ketrin Eşton Moskvaya səfəri zamanı xarici işlər naziri Sergey Lavrovla da görüşüb. Bu arada Rusiya İrana raket müdafiə sistemi satılmasında mövqeini sərtləşdirib. Xarici işlər naziri Sergey Lavrov Moskvada bildirib ki, elə məsələlər var ki, müqaviləni yerinə yetirməzdən evvəl onları həll etmək lazımdır. O qeyd edib ki, biz öz qanunvericiliyimiz və üzərimizə götürdüyümüz öhtəliklərə uyğun olaraq heç zaman hansısa bir regionda qeyri-sabitliyə aparacaq addım atmırıq. Rusiyayla İran arasındakı bu müqavilənin icrası hələlik dayandırılıb. Bu Rusiya-İsrail münasibətlərində həssas məsələdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar