SON XƏBƏRLƏR

İşqalçı dövlət uçuruma gedir. TƏHLİL

2021.10.20, 07:36
İşqalçı dövlət uçuruma gedir. TƏHLİL

Gunaz.tv
GünAzTv: Terrorçu dövlət öz siyasətinin acı nəticələrini yaşamağa məhkumdur Ermənistanda demoqrafik böhran bir qədər də dərinləşəcək 2009-cu ildə sosial-iqtisadi sahədə tənəzzülü sürətlənən Ermənistanın qarşıdakı dövr ərzində daha böyük çətinliklərlə üzləşəcəyi vurğulanır. Əhalinin yaşayış səviyyəsinin bir qədər də pisləşəcəyi proqnozlaşdırılır. Erməni ekspertlərinin böyük əksəriyyəti belə hesab edir ki, bu il ərzində ölkə iqtisadiyyatının geriləməsi davam edəcək. Buna əsas səbəb yaranan problemlərin həlli istiqamətində lazımi resursların yoxluğu, həmçinin hökumətin müvafiq proqramlara malik olmamasıdır. Bu isə hakimiyyətə qarşı sosial narazılığı bir qədər də gücləndirəcək. Məsələn, Ermənistanın sabiq iqtisadi inkişaf naziri Levon Barhudaryan da belə hesab edir ki, 2010-cu ildə iş dalınca xarici ölkələrə üz tutan ermənilərin sayı əvvəlki kimi çox olacaq. Onun sözlərinə görə, bu hal Ermənistanın üzləşdiyi demoqrafik böhran problemini bir qədər də dərinləşdirəcək. Sabiq nazirin fikrincə, ötən ili iqtisadi tənəzzüllə başa vuran Ermənistanın xaricdən asılılığı yenə də yüksələn xətt üzrə inkişaf edəcək: "Bizim idxalla ixracımız müvafiq olaraq 30 və 40 faiz azalıb. Böhran Ermənistan iqtisadiyyatının idxaldan asılı olduğunu bir daha aydın şəkildə göstərdi. Ölkə iqtisadiyyatı ixraca yönəlmiş sahələrə əsaslanmır, bu səbəbdən xarici ticarətdə mənfi saldo artmaqda davam edir". L.Barhudaryana görə, Ermənistan iqtisadiyyatının 2008-ci ildəki vəziyyətinə qarşıdakı 5 il ərzində çatması gözlənilmir: "İqtisadiyyatın belə kəskin geriləməsinin bir səbəbi qlobal maliyyə böhranıdırsa, digər önəmli səbəbi hakimiyyət tərəfindən həyata keçirilən yanlış iqtisadi siyasətdir. İqtisadiyyatın düzgün idarə edilməməsi, rəqabət şəraitinin boğulması, xarici kreditorlardan asılılıq qarşıdakı dövr ərzində bizə daha böyük çətinliklər vəd edir". Proseslərin gedişi Ermənistan üçün bu il də yaxşı heç nə vəd etmir Siyasi İqtisad Araşdırma İnstitutunun direktoru Andranik Tevanyan isə bəyan edib ki, Ermənistanın problemlərinin kökü korrupsiyadadır: "Hökumət buna qarşı nə qədər çox mübarizə aparacağını dəsə də, korrupsiya bir o qədər artır". A.Tevanyanın fikrincə, Ermənistan hökuməti sahibkarların vergidən yayınmasında maraqlıdır. Çünki bu cür biznes qurumları seçkilər zamanı mühüm rol oynayırlar: "Bu qurumlar seçkiləri saxtalaşdıran əsas maşına çevrilirlər. Ermənistan parlamentinə baxsanız, deputatların 90 faizdən çoxu biznes təmsilçiləridir. Parlamentimizdə alkoqol, siqaret biznesi hərtərəfli təmsil olunur". Ölkənin maliyyə nazirinin müavini Vardan Aramyanın da ölkə iqtisadiyyatı ilə bağlı proqnozları bədbin notlar üzərində qurulub. Onun sözlərinə görə, Rusiyadan və digər ölkələrdən Ermənistana transfer edilən pulların həcmində kəskin azalma əhali ilə yanaşı, dövlətə də təsirsiz ötüşmür. Çünki xaricdən göndərilən pulların azalması sonda ölkə iqtisadiyyatında dövriyyənin aşağı düşməsinə təsir göstərən amillərdən biri kimi çıxış edir və bundan dövlət, xüsusən də vergi orqanları zərər çəkir: "Yəni vergi yığımlarının həcmində azalma baş verir, xidmət sahələrində, digər sektorlarda inkişaf ləngimə ilə əvəzlənir, hətta müəyyən sferalar üzrə tam dayanma müşahidə olunur". Qlobal maliyyə böhranının hələ öz təsirlərini davam etdirməsi səbəbindən xaricdən Ermənistana pul göndərmələrinin bir qədər də azalacağı gözlənilir. "Daşnaksütyun" partiyasının Ermənistan parlamentindəki təmsilçisi Artsvik Minasayan isə qeyd edir ki, Sery Sarkisyan hakimiyyəti hələ də qlobal maliyyə böhranı və onun ölkə iqtisadiyyatına təsirləri barədə düzgün olmayan proqnozlar verməklə xalqı aldatmağa çalışır: Belə hesab olunur ki, cari il Ermənistan üçün təkcə iqtisadi tənəzzülün sürətlənməsi ilə xarakterizə olunmayacaq, həm də bu ölkəyə beynəlxalq təzyiqlərin güclənməsi ilə yadda qalacaq. Erməni ekspert Yervand Bozoyan bunun səbəbləri sırasında Türkiyə ilə imzalanmış Sürix protokollarını və Dağlıq Qarabağ münaqişəsini göstərir. Onun sözlərinə görə, Sürix protokollarının Türkiyə parlamenti tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərdən sonra təsdiqlənə biləcəyinin şərt kimi ortaya qoyulması Ermənistanı çətin duruma salıb. Danışıqlar prosesində Azərbaycan tərəfinin üstünlüyü ələ aldığını vurğulayan erməni ekspert cari ildə də rəsmi Bakının Ermənistana diplomatik, iqtisadi və digər sahələr üzrə tətbiq etdiyi pressinqin daha da güclənəcəyini qeyd edib. Ermənistan İrs Partiyası: "İqtidar öz xalqına qarşı vergi terroru həyata keçirir" "Ermənistan iqtidarı, öz xalqına qarşı vergi terroru həyata keçirir və xalqın son qəpiklərini də əlindən alır". SİA-nın news.am-a istinadən verdiyi məlumata görə, bu fikirləri Ermənistan İrs Partiyasının lideri, millət vəkili Armen Martirosyan 23 fevralda parlamentin iclasında səsləndirib. Bir çox mütəxəssisin təbii qaz qiymətlərində artımlarının əsassız olduğunu bildirən millət vəkili hesab edir ki, Ermənistan iqtidarının yaramaz siyasəti nəticəsində vətəndaşlarımız digər ölkələrdəki yüksək maaşla, gəlirlə çalışanlardan daha çox qaz pulu ödəyirlər: "Təbii qazın vahid qiyməti artımı ölkənin digər sahələrinə də təsir edəcək, bunu Ermənistan hakimiyyəti anlamalıdır". Martirosyan əlavə edib ki, hazırda erməni xalqı saxtalaşdırılmış seçki ilə hakimiyyətə gələn iqtidarın əzablarına dözmək məcburiyyətində qalıb və bu iqtidar nə qədər hakimiyyətdədir, xalqa qarşı iqtisadi teror davam edəcək. Ermənistanda sahibkarlar etiraz aksiyası keçirir Artıq 8 gündür ki, qızıl ticarəti ilə məşğul olan sahibaklar Ermanistanın hökümət evi qarşısında etiraz aksiyası keçirirlər. SİA-nın erməni mətbutına istinadən verdiyi məlumata görə, aksiyaya səbəb illik Əlavə Dəyər Vergisinin (ƏDV) 11 faiz təşkil etməsidir. Sahibkarlar deyir ki, bu birbaşa hakimiyyətin sahibkarlara qarşı vergi terrorurudur. Sayı mini keçən aksiya iştirakçıları, Ermənistan hökümətini koorpsiyaya göz yummağda ittiham edir. “Vaqaraş və Oğulları” şirkətinin başçısı tərəfindən başlanan aksiyada, iştirakçılar tərəfindən parlamentə və prezident Serj Sarkisyana 4 səhifəlik məktub da ünvanlanıb. Ölkə rəsmiləri isə baş verən hadisə ilə bağlı araşdırma aparacaqlarına söz veriblər. Ən maraqlısı ısə aksiya fəalları erməni polisləri tərəfindən saxlanılmasıdır. Erməni mətbuatının yazdığına görə həmin şəxslər polislər tərəfindən dindirilən zaman Levon Ter Petrasyanla əlaqələrinin olub olmadığı yoxlanılır. Qeyri-rəsmi mənbələrdən verilən mılumata görə bu haqda “Vaqaraş və Oğulları” şirkətinin vitse prezidenti məlumat verib. Onun sözlərinə görə, hökümət aksiya iştirakçılarını 1 Martda baş tutacaq mitinqdə olacağından ehtiyat edir. Erməni politoloq: “2010-ci ildə Ermənistana qarşı siyasi təzyiqlər artacaq” "2010-cı il rəsmi Ankara tərəfindən protokolların ratifikasiyasını Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel olaraq aparması Ermənistan üçün ağır olacaq. Bu prosesdə Ermənistana qarşı siyasi təzyiqlər artacaq”. SİA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu barədə erməni ekspert Yervand Bozoyan bildirib. Bu məsələdə Ermənistan ona qarşı təzyiqlərə davam gətirməsə, vəziyyətin digər bir ölkənin xeyrinə dəyişəcəyinə toxunan Bozayan bildirir ki, siyasi güclər Ermənistanı qorumalıdır: “Əgər Ermənistan Milli Konqresi 2009-cu ildə olduğu kimi eyni mövqeyi 2010-ci ildə təkrarlasa, nəticlər faciə ilə bitəcək Ermənistan 1920-ci ildəki vəziyyətə düçar olacaq”. Erməni tərəfinin Dağlıq Qarbağ münaqişəsinin həllində güzəştə getməyəcəyi halda, Türkiyə, Ermənistanın dövlət maraqları daxilində olan protokolların ratifikasiyasını təmin etməyəcək: “Belə olan halda regiondakı vəziyyət “futbol diplomatiyası”nın nəticlərinə bənzəməyəcək. Ermənistan qonşu ölkələrlə danışıqlara yenidən başlamalı olacaq”. MDB Statistika Komitəsi: "Ermənistanın iqtisadiyyatı 20 faiz geriləyib" Beynəlxalq maliyə qurumarının son hesablamaları göstərir ki, 2010-cu il Ermənistan iqtisadiyyatı üçün daha ağır olacaq. SİA-nın məlumatına görə, rəsmi Yerevan bu məqsədlə Türkiyə ilə iqtisadi əlaqələri tezliklə bərpa etməyi, sərhədlərin açılmasına çalışır. Prezident Serj Sarkisyan hesab edir ki, Türkiyə ilə sərhədlər açılarsa, Ermənistan iqtisadiyyatı inkişaf edə bilər. MDB Statistika Komitəsinin proqnozlarına görə, Ermənistanın iqtisadiyyatı 20 faiz geriləyib. Ümumdaxili Məhsul İstehsalı (ÜDM) 81,6 faiz, ö cümlədən sənaye istehsalı 88,1, kənd təsərrüfatı 97,5, əsas kapitala yatırılan sərmayə 46,5 faiz yerinə yetirilib. Komitənin hesabatında o da vurğulanır ki, Ermənistanın digər ölkələrə məhsul ixracı 47, idxal isə 30 faizdən çoz azalıb. Hazırda Ermənistan idxal hesabına yaşıyır, işsizlərin sayı isə durmadan artır. Hakimiyyət iddia edir ki, bu ildən etibarən Ermənistanda iqtisadi tənəzzül dayanacaq. Lakin hansı resurslar və proqramlar hesabına bunun ediləcəyini açıqlamırlar. Halbuki belə proqnozların heç bir əsası yoxdur və yalnız xalqı aldatmağa hesablanıb. Hakimiyyətdəkilər də yaxşı bilirlər ki, 2010-cu ildə iqtisadi tənəzzül davam edəcək. Beləliklə, proseslərin inkişaf istiqaməti Ermənistan üçün bu il də yaxşı heç nə vəd etmir. Sözügedən ölkədə həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə tənəzzülün davam edəcəyi qaçılmaz hal sayılır. sia

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar