SON XƏBƏRLƏR

Ayhan DəmirçiI: Artıq Azərbaycan diaspor qurumları müdafiə olunmaq taktikasından, hücum strategiyasına keçməlidirlər

2021.10.20, 07:36
Ayhan DəmirçiI: Artıq Azərbaycan diaspor qurumları müdafiə olunmaq taktikasından, hücum strategiyasına keçməlidirlər

Gunaz.tv
GünAzTv: Sabah 26 fevral Xocalı soyqırımının ildönümüdür. Azərbaycan-türk diaspor qurumları tərəfindən hadisənin ildönümü ilə bağlı müxtəlif ölkələrdə tədbirlərin keçirilməsi gözlənilir. Belə tədbiri təşkil edən qurumlardan biridə, son vaxtlar diaspor fəaliyyətində aktivliyilə seçilən Azərbaycan-Belçika Dostluq Cəmiyyətdir. Cəmiyyət bir aydan çoxdur ki, Xocalı faciəsinin il dönümünün yüksək səviyyədə keçirilməsinə hazırlaşır. Həm tədbirlə bağlı, həmdə içtimaiyyəti maraqlandıran sualların cavabını almaq üçün fəal diasporçu Ayhan Dəmirçi GünAzTV Mətbuat Xidmətinə öz fikirlərini bildirib: Artıq sizində bildiyiniz kimi tədbirlə bağlı geniş təbliğat infomasiya işləri aparılır kı, insanlarımız tədbirdə fəal iştirak etsinlər. Biz tədbirə güclü hazırlaşırıq və məqsədimiz odur ki, Avropa insanı Ermənilərin neçə vəhşiliklərə qadir olduğunu göstərməkdir. Ayrıca onu qeyd edək ki, bir neçə gün bundan öncə Avropa Türklərinin kanalı olan Kanal Avropa televiziyasında cıxışımız oldu. Verilişdə hadisələrin törədilməsi haqqında geniş açıqlamalarımız oldu. Tədbir plana uyğun olaraq Avropa Parlamentinin qarşısında təşkil edirik ki, onlar bir daha bu məsələdən agah olmalıdırlar və xüsusilə hadisələri özündə əks etdirən fotolarla diplomatların, siyasətçilərin diqqətini baş verən hadisələrə yönəltmək istəyirik. Beynelxalq insan hüquq təşkilatları dünyada sivil haqlardan danışırlarsa, mütləq Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməlidirilər. İnanırıq ki, gec-tez beynelxalq təşkilatlar bu məsələyə ciddi yanaşacaqlar. Sabah belə məsələlər unudulub getsə, bu curnə insanlığa sıxmayan hadisələr dünyanın başqa yerlərində baş verəcəkdir. Bu, artıq bəşəri məsələ olduğuna görə qurumların buna ciddi yanaşacığına ümidliyik. Bu gün ümümiyyətlə, Azərbaycan diasporu ümümmilli məsələlərdə birgə addım ata bilirlərmi sualına diasporçu Ayhan Dəmirçi belə cavab verdi ki, hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor qurumları müdafiə olunmaq taktikasında hücum strategiyasına keçməlidirlər. Biz Avropanın bir çox ölkələrin fəal göstərən diaspor qurumlarını milli məsələlərdə birgə addım atmağa dəvət edirik. Nəyin ki, avropanın başqa ölkələrdə də fəaliyyətdə olan Azərbaycan diasporu güclü şəkildə işləməlidir. Mən Erməni diasporunu misal gətirmək istəmirəm. Ancaq məcburam ki, onlardan deməliyəm. Çünki, bəzən bizim diasporu onların diasporu ilə müqayisə edirlər. Erməni diasporu milli məsələ gələndə birləşirlər və içtimiayyətə təsir etmək üçün addımlar atırlar. Baxın bu erməni diasporunun gücünü artırır. Təbii ki, bizim diaspor hələ təzədir. Bunu qəbul edirik. Onların isə yüz ildir ki, diasporu sistemli şəkildə işləyir. Bizimdə diasporda çox vətənpərvər insanlarımız var və onların ləyaqəti, intellektual bacarağı ilə diasporu gücləndirib istədiyimizi şəkilə çatdıra biləcəyik. Əsasda odur ki, Azərbaycan gəncləri indi çox fəaldırlar. Bu gənclərimizə sahib cıxmalıyıq, onları dəstəkləyib gələcəkdə onlar lobbimizin güclənməsində aktiv rol alsınlar. Güclü diasporun qurulmasında duran əsas amillərdən biridə gənclərlə düzgün işləməkdir və onların enerjili güc böyük nailiyyətlər əldə edə bilərik.Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar