SON XƏBƏRLƏR

İran prezidenti: Amerika Həzrət Mehdinin zühuruna mane olur

2021.10.20, 07:36
İran prezidenti: Amerika Həzrət Mehdinin zühuruna mane olur

Gunaz.tv
GünAzTv: İran prezidenti Mahmud Əhmədinejad fevralın 23-ü Cənubi Xorasan əyalətinin mərkəzi Bircəndə səfər edib. Bircəndin “Azadlıq” stadionunda əhali qarşısında çıxış edən Əhmədinejad Amerikanın şiələrin 12-ci imamı sayılan Həzrət Mehdinin zühuruna və dünyada hakimiyyət qurmasına mane olduğunu vurğulayıb. GünAzTv mətbuat mərkəzinin mediaforum-a istinadən yaydığı məlumata gğrə, Əhmədinejad deyib: “Amerika başda olmaqla dünya zülmkarları Həzrət Mehdinin zühuruna mane olur və bu işə böyük əngəl yaradırlar. onlar insanların zehnini Allahdan, peyğəmbərlərdən, əxlaqdan, ilahi dəyərlərdən və imamdan yayındıraraq o həzrətin zühur edib dünya hakimiyyəti qurmasına mane olur”. Əhmədinejad islam inqilabının şiələrin 12-ci imamının zühuruna zəmin yaratdığını deyib: “Bu gün dünya İmam Zamanı (Həzrət Mehdi) qarşılamağa hazırlaşır və onu zühuruna mane olmağa çalışan şeytanlar cəbhəsi isə Allahın yardımı ilə gündən-günə zəifləyir, tənəzzülə uğrayır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar