SON XƏBƏRLƏR

İran "Cundullah" rəhbərinin qardaşını edam etdi

2021.10.20, 07:36
İran "Cundullah" rəhbərinin qardaşını edam etdi

Gunaz.tv
GünAzTv: "Cundullah" təşkilatının rəhbəri Əbdülmalik Riqinin qardaşı Əbdulhəmid Riqi çərşənbə günü səhər İranda edam edilib. Bu barədə İRİNN telekanalının saytında məlumat verilir. Məlumatda bildirilir ki, Əbdülhəmid Riqi bir neçə nəfərin, həmçinin polis işçilərinin və onların ailələrinin ölümündə ittiham edilir. Bir neçə ay öncə verilən ölüm hökmünün yerinə yetirilməsi müəyyən səbəblərdən bir neçə ay əvvəl təxirə salınmışdı. Çərşənbə axşamı İran Milli Təhlükəsizlik orqanı tərəfindən "Cundullah" terror təşkilatının sünni lideri Riqi həbs olunub. İran kəşfiyyat idarəsinin mətbuat xidmətinin məlumatına əsasən, Riqi şərq ölkələrinin birində xüsusi əməliyyat nəticəsində həbs edilib.İran hökuməti "Cundullah"ı kütləvi qətl törətməkdə, silahlı soyğun, oğurluq, partlayışlarda və təxribatlarda ittiham edir.trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar