SON XƏBƏRLƏR

Hazırda həbsdə saxlanılan Abdullah Səduqi xəstəxanaya yerləşdirilib

2021.10.20, 07:36
Hazırda həbsdə saxlanılan Abdullah Səduqi xəstəxanaya yerləşdirilib

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanlı milli-mədəni fəalı, Tirəxtur Futbol Komandasının tərəfdarı, hazırda həxsdə saxlanılan cənab Abdullah Səduqi həbsxananın klinikasına yerləşdirilib. 2010-cu il fevral ayının 18-dən aclıq aksiyasını dəvam etdirən saydaşımız dünən 2010-cu il feval ayının 23-də qatillər, oğrular və cinayətkarlara məxsus olan 10-cu bəndə köçürülüb. Məhbusu yeni bəndə köçürən zindan məsulu Qəvidel, 10-cu bənddə saxlanılan məhbusları ona cismi ve ruhi işgəncə verməyi tapşırıb. sonda cinayət işlərindən dolayı məhkum edilmiş məhbuslar soydaşımızı ölümcül döyüblər. Ağır zərbələr alan Səduqi həbsxananın Klinikasına yerləşdirilib. Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəal dəfələrlə özünü siyasətdən uzaq olduğunu ancaq Azərbaycan mədəniyyət və ədəbiyyatına vurqun olduğunu vurqulayıb. Məhz bu səbəbə görə milli borcunu ödəmək naminə mədəni fəaliyyət göstərdiyini bildirib. Xatırladaq ki, Tirəxtur komandasının afışalarını (puster) nəşr edib və yaydığı səbəbindən tutuqlanan Abdullah Səduqi 2010-cu il yanvarın 18-də Təbrizin ETTELAAT (İran Kəşfiyat Nazirliyi) əməkdaşları tərəfindən həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar