SON XƏBƏRLƏR

Ankara-İrəvan protokolları Ermənistanı iki cəbhəyə bölüb

2021.10.20, 07:36
Ankara-İrəvan protokolları Ermənistanı iki cəbhəyə bölüb

Gunaz.tv
GünAzTv: Ermənistan hökumətinin Ankara-İrəvan protokolları ilə bağlı qeyri-müəyyən oyunu davam edir. Əvvəl bu sənədin parlamentdəki müzakirəsini təxirə salan erməni deputatlar indi protokolların öyrənilməsi üçün xüsusi işçi qrup yaratmaq istəyir. Protokollarla bağlı məsələ onsuzda müxtəlif siyasi maraqlara qulluq edən Ermənistan siyasətini iki cəbhəyə ayırıb. GünAzTv mətbuat mərkəzinin ANS-ə istinadən yaydığı məlumata görə, Ankara-İrəvan protokollarının öyrənilməsi məqsədilə bu həftənin sonunadək Ermənistan parlamentində işçi qrup yaradılacaq. Bu barədə erməni deputatlar parlamentdə Türkiyə-Ermənistan protokollarının dördgünlük müzakirəsini təxirə saldıqdan sonra qərar verib. Xarici əlaqələr komissiyasının sədri Armen Rustamyan deyib ki, yaradılacaq işçi qrupun tərkibinə parlamentdə təmsil olunan hər partiyadan bir nəfər daxil olacaq: “Xarici əlaqələr komissiyası protokolların müzakirəsinə yalnız işçi qrupun qiymətləndirməsindən sonra başlayacaq. Bundan sonra protokollara komissiya qiymət verəcək, daha sonra isə o, parlamentin müzakirəsinə çıxarılacaq. Biz heç yerə tələsmirik”. “İrs” fraksiyasının lideri Stepan Safaryan bəyan edib ki, Ermənistan parlamenti siyasi mövqeyini ifadə etməlidir. Respublika Partiyasının təmsilçiləri isə bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsi protokollara dair artıq qərar verib və bu qərara sadiq qalmaq lazımdır. "Konstitusiya Məhkməsi protokolların imzalanması proseduruna deyil, onların məzmununa dair qərar verib" deyən Daşnaksütyun partiyasının parlament fraksiyasının lideri Vaan Ovanisyanın sözlərinə görə, hökumət Xarici İşlər Nazirliyi qismində protokolların imzalanması zamanı istifadə olunan bütün lazımı sənəd və arayışları parlamentə təqdim etməlidir: "Ötən dəfə Edvard Nalbandyan lazımı sənədləri təqdim etməyə söz vermişdi. Bundan sonra nazir yazılı şəkildə bildirmişdi ki, hazırda o sənədləri təqdim edə bilmir və müvafiq sənədlər protokollar parlamentə daxil olduqda, təqdim ediləcək". Qeyd edək ki, hakim partiyanın təmsilçiləri ratifikasiyanı tezləşdirməyin tərəfdarıdır. Yaxın vaxtlarda sənədin parlamentdə müzakirəyə çıxarılacağı bildirilsə də, müzakirələrin konkret vaxtı açıqlanmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar