SON XƏBƏRLƏR

İranda boşanma ilə bağlı dəhşətli statistika

2023.06.14, 11:39
İranda boşanma ilə bağlı dəhşətli statistika

İranda hər 3 evlilikdən biri boşanma ilə nəticələnir və boşanan ailələrin 40 fazinin ən azı bir övladı var.

Gunaz.tv

Bu barədə psixoloq və Cəmiyyət Milli Mərkəzinin rəhbəri Kazim Frutən məlumat verib.

O, boşanmalara səbəb kimi işsizlik, iqtisadi problemlər, ailədən qıraq münasibətlər və narkomaniyanı göstərib.

Qeyd edək ki, ötən il İran Statistika Mərkəzinin yaydığı məlumata görə, son 10 il müddətində İranda evlənmə sayının 33% azaldığı, boşanma sayının isə 22% çoxaldığı qeyd olunub.

2012-ci ildə 829968 min nikah qeydə alınmasına baxmayaraq, bu rəqəm 2021-ci ildə 556731 olaraq qeyd olunub.

Bununla yanaşı eyni ildə 150324 boşanma faktı olduğu halda 2021-ci ildə bu 183193 olaraq göstərilib.

Bunun qarşısını almaq və gəncləri evlənməyə sövq etmək üçün İbrahim Rəisinin noyabr ayında irəli sürdüyü təkliflər və ailə quranlara əlavə kredit və imtiyazların verilməsi ilə bağlı layihə formal xarakter daşıdığı üçün problemin həllinə yardım etməyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar