SON XƏBƏRLƏR

Müstəqil jurnalistə qarşı cinayət işi açıldı

2023.11.07, 14:43
Müstəqil jurnalistə qarşı cinayət işi açıldı

İranda müstəqil jurnalistlərə təzyiqlərin davamında jurnalist və ətraf mühit fəalı Zeynəb Rəhimiyə qarşı cinayət işi açılıb.

Gunaz.tv

Bu barədə o, sosial media hesabında məlumat yayıb.

Bildirib ki, ətraf mühit problemləri və hakimiyyətin bu sahədəki yanlış siyasətləri ilə bağlı yazı və paylaşımlarına görə Media və Mədəniyyət Prokurorıuğuna çağırılıb və barəsində cinayət işinin açıldığı bildirilib.

Qeyd edək ki, Zeynəb Rəhimi bundan əvvəl İranın  rəsmi İSNA agentliyi ilə əməkdaşlıq edib.

Rəhimi sosial media hesabında etdiyi tənqidi paylaşımlarına görə 2020-ci ildə işdən qovulub.

Beynəlxalq Jurnalistlər Federasiyasının yaydığı hesabata görə son bir il ərzində İranda 100 jurnalist həbs edilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar