SON XƏBƏRLƏR

Təbrizli milli məhbusun qanuni tələbi yenidən rədd edildi

2026.11.27, 11:09
Təbrizli milli məhbusun qanuni tələbi yenidən rədd edildi

Təbriz həbsxanasında saxlanılan milli fəal Milad Balsininin qanunla nəzərdə tutulan girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmaq tələbi yenidən rədd edilib.

Gunaz.tv

Bu haqda onun ailəsi bildirib.

Onların sözlərinə görə, Təbriz İctimai və İnqilab Prokurorluğu 3 aydan çoxdur qeyri-müəyyən vəziyyətdə saxlanılan fəalın müvəqqəti azadlıq barədə üçüncü müraciətini də qəbul etməyib.

Qeyd edək ki, milli fəal sentyabrın 18-də Təbriz İctimai və İnqilab Prokurorluğunun 15-ci şöbəsinin çağırışına əsasn ora getdikdən sonra saxlanılıb.

Balsini "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zidd olan xarici və düşmən mediaya və sosial media kanallarına filmlər, şəkillər və məlumatlar göndərmək"də ittiham olunub.

Fəalın hara aparıldığı barədə açıqlama verilməyib.

Bundan əvvəl 2025-ci il avqustun 12-də təhlükəsizlik məmurları Milad Balsinin evinə hücum edib, axtarış aparıb, fəalı döyüb və ona məxsus əşyaları, o cümlədən şəxsi sənədləri, telefon, komputer və b. müsadirə ediblər.

O, 2025-ci ilin 12 avqustundan sentyabrn 30-a kimi Təbriz Kəşfiyyat İdarəsinin 37-ci otağında dörd dəfə dindirilib, təhqir, təhdid və fiziki zorakılığa məruz qalıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar