SON XƏBƏRLƏR

İranda polis və hərbçilərin də məişət problemləri artıb

2026.11.27, 16:00
İranda polis və hərbçilərin də məişət problemləri artıb

İran Ordusunun Hərbi Hava Qüvvələrində 25 illik xidmət etmiş İsmayıl Milan adlı hərbçi sosial şəbəkələrdə yaydığı videoda ölkədəki inflyasiyaya və Silahlı Qüvvələrin şəxsi heyətinin ağır sosial vəziyyətinə etiraz edib.

Gunaz.tv

Məlumata görə, hərbi formada çıxış edən Milan İran Prezidenti Məsud Pezeşkiana və hökumət rəsmilərinə müraciət edib.

O qeyd edib ki, 30-35 milyon tümən məvaciblə dörd nəfərlik ailəsini dolandırmaqda çətinlik çəkir.

Özünü “əks-inqilabçı” hesab etmədiyini vurğulayan hərbçi Silahlı Qüvvələrin şəxsi heyətinin aşağı maaş alması barədə danışılmasına baxmayaraq, problemin həlli üçün heç bir tədbir görülmədiyini vurğulayıb. O, hökumət rəsmilərinə müraciətlə bu vəziyyətə nə qədər dözməli olduqlarını soruşub.

Qeyd edək ki, bir neçə gün əvvəl İran parlamentinin Sosial Məsələlər Komissiyasının üzvü Əhməd Bəydili də hərbçilərin məişət prblemlərinin artdığını bildirib:

"Hazırda ölkədə hərbi qüvvələr və polis əməkdaşları ən pis həyat şəraitində yaşayırlar".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar