SON XƏBƏRLƏR

İtaliya iki vətəndaşının İranın Küveytdəki dron hücumu nəticəsində öldüyünü təsdiqləyib

2026.11.26, 20:37
İtaliya iki vətəndaşının İranın Küveytdəki dron hücumu nəticəsində öldüyünü təsdiqləyib

Gunaz.tv

İtaliya Xarici İşlər Nazirliyi noyabrın 26-da, cümə axşamı günü, İranın Küveytdəki hərbi obyektə pilotsuz uçuş aparatları ilə (PUA) endirdiyi zərbə nəticəsində iki İtaliya vətəndaşının öldüyünü təsdiqləyib. Hər iki şəxs Almaniyanın müdafiə şirkəti “Rheinmetall”ın əməkdaşı olub.

Bununla yanaşı, İran Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü və İranın Romadakı səfirliyi Tehranın bu hücumda iştirakını təkzib ediblər.

İtaliya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, “Rheinmetall Italia” şirkətinin iki italiyalı texniki əməkdaşının işlədiyi ərazidə PUA hücumu nəticəsində partlayış baş verib və hər iki şəxs həyatını itirib.

İtaliyanın xarici işlər naziri Antonio Tayani ölkə Senatında çıxışı zamanı bildirib ki, cümə axşamı saat 14 radələrində İran mənşəli PUA-lar Küveytdəki hərbi obyektə, o cümlədən hava hücumundan müdafiə sisteminin aşkarlama stansiyasına zərbə endiriblər. Onun sözlərinə görə, güclü partlayış baş verib və Küveytdən alınan məlumatlar iki İtaliya vətəndaşının öldüyünü təsdiqləyib.

Tayani həlak olanların ailələrinə başsağlığı verərək, İtaliyanın Küveytdəki səfirliyinin dərhal hadisə ilə bağlı araşdırmalara başladığını və özünün də ölkənin Küveytdəki səfiri ilə danışdığını bildirib.

Bundan əvvəl Küveyt Müdafiə Nazirliyinin sözçüsü Səud Əbdüləziz əl-Ətiyan hücum nəticəsində dörd nəfərin yaralandığını açıqlamışdı. Onlardan ikisinin İtaliya, birinin Küveyt, digərinin isə Pakistan vətəndaşı olduğu bildirilmişdi. Hücum nəticəsində maddi ziyanın da yarandığı qeyd olunub.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar