SON XƏBƏRLƏR

İtaliyanın Baş naziri iki vətəndaşının həlak olmasına görə başsağlığı verib

2026.11.26, 21:37
İtaliyanın Baş naziri iki vətəndaşının həlak olmasına görə başsağlığı verib

Gunaz.tv

İtaliyanın Baş naziri Corcia Meloni noyabrın 26-da, cümə axşamı günü Avropa Şurasının iclasında iştirak edərkən İranın Küveytə PUA hücumu nəticəsində iki İtaliya vətəndaşının həlak olması barədə məlumat aldığını bildirib.

Meloni “X” sosial şəbəkəsində paylaşdığı mesajda baş verənlərdən dərin təəssüf hissi keçirdiyini bildirərək, həlak olanların ailələrinə başsağlığı verib.

O yazıb: “Öz adımdan və hökumət adından dərin təəssüfümü bildirir, qurbanların ailələrinə səmimi başsağlığı verirəm. Bütün fikrim bu hücumdan zərər çəkənlər və onların ailələri ilədir”.

Fransa Mətbuat Agentliyi (AFP) isə İtaliya Xarici İşlər Nazirliyinə istinadən xəbər verib ki, həlak olanlar Almaniyanın müdafiə şirkəti “Rheinmetall”ın İtaliya bölməsinin — “Rheinmetall Italia”nın əməkdaşları olublar. Onlar iş yerində baş verən partlayış nəticəsində həyatlarını itiriblər.

İtaliya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, PUA hücumu nəticəsində iki italiyalı texniki mütəxəssisin çalışdığı ərazidə partlayış baş verib və hər iki əməkdaş həlak olub.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar