SON XƏBƏRLƏR

Şoyqu: Rusiya-Çin hərbi əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib

2023.11.08, 14:57
Şoyqu: Rusiya-Çin hərbi əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib

Rusiya və Çin arasında hərbi sahədə əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yusiya ilə danışıqlarda bildirib.

Gunaz.tv

Onun sözlərinə görə, Moskva ilə Pekin arasında əməkdaşlıq yalnız bir-birinin maraqlarına uyğun aparılır.

"Hərbi sahədə Rusiya-Çin əlaqələri bütün istiqamətlərdə davamlı olaraq inkişaf edir.

Biz quruda, havada və dənizdə mütəmadi olaraq birgə əməliyyat və döyüş hazırlığı təlimləri keçiririk, çiyin-çiyinə müxtəlif mürəkkəblikdə döyüş hazırlığı tapşırıqlarını uğurla yerinə yetiririk. Bütün bu fəaliyyət üçüncü ölkələrə qarşı yönəlməyib və yalnız bir-birinin maraqlarına uyğun həyata keçirilir”, - deyə Rusiya MN başçısı vurğulayıb.

Şoyqu xatırladıb ki, onun Çjan Yusiya ilə əvvəlki görüşü keçən həftə Çində 10-cu Pekin Syanşan Forumu çərçivəsində baş tutub.

"Bu gün biz Rusiyada danışıqlar aparırıq. Hərbi əlaqələrin bu cür dinamikası ölkələrimiz arasında hərbi əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir.

Rusiya-Çin strateji əlaqələrinin möhkəmlənməsində iki ölkə liderləri - Vladimir Putin və Si Cinpin arasında dostluq və etimad münasibətləri əsas rol oynayır.

Bu il dövlət başçıları iki şəxsi görüş keçiriblər - Moskva və Pekində. Bu görüşlər ən yüksək səviyyədə əldə olunmuş bütün razılaşmaların qeyd-şərtsiz həyata keçirilməsinə yönəlib", - deyə rusiyalı nazir əlavə edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar